Bu uşaqlar məktəb mövsümündə çox xəstələnirlər - XƏBƏRDARLIQ
28 Sentyabr 2026, 22:51
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
576
15.05.2026, 23:09
Son illər dünyada müşahidə olunan bir çox xəstəlik kimi bağırsaq problemləri də “cavanlaşmağa” başlayıb. Əvvəllər əsasən yaşlı insanlarda rast gəlinən bağırsaq polipləri artıq gənclər və hətta uşaqlar arasında da aşkarlanır. Həkimlər bildirirlər ki, bu dəyişiklik həyat tərzi, qidalanma vərdişləri və genetik faktorlarla əlaqəli ola bilər.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən qastroenteroloq Tərlan Qasımov bildirib ki, bağırsaq polipləri uzun illər əsasən orta və yaşlı yaş qrupunda müşahidə olunsa da, son dövrlərdə daha gənc insanlarda da bu hallara rast gəlinir. Onun sözlərinə görə, hətta 5-15 yaş arası uşaqlarda belə “juvenil polip” adlanan polip növü aşkarlana bilir.
Həkim qeyd edib ki, uşaqlarda yaranan juvenil poliplər adətən yüksək risk qrupuna aid edilməsə də, müəyyən simptomlarla özünü göstərə bilir. Xüsusilə bağırsaq qanaxmaları, rektal qanama və nəcisdə qan izləri bu halların əsas əlamətlərindən hesab olunur. Bu səbəbdən valideynlər uşaqlarda belə simptomlara laqeyd yanaşmamalıdırlar.
Qastroenteroloqun sözlərinə görə, bağırsaq poliplərinin ən təhlükəli formalarından biri adenomatoz poliplərdir. Məhz bu poliplər zamanında aşkarlanıb müalicə olunmadıqda bağırsaq xərçənginə çevrilmə riski daşıyır. Həkim bildirir ki, bağırsaq xərçəngi bir çox hallarda məhz ilkin mərhələdə zərərsiz görünən poliplərdən inkişaf edir.
Tərlan Qasımov vurğulayıb ki, poliplər uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bu isə xəstəliyin gec aşkarlanmasına səbəb olur. Bəzi insanlarda qarında köp, qəbizlik, ishal, qarın ağrıları və ya nəcisdə qan kimi əlamətlər müşahidə olunsa da, bir çox hallarda poliplər yalnız endoskopik müayinələr zamanı təsadüfən aşkarlanır.
Mütəxəssis qeyd edir ki, düzgün qidalanma, lifli qidaların qəbulu, işlənmiş və çox yağlı qidalardan uzaq durmaq, siqaret və alkoqoldan çəkinmək bağırsaq sağlamlığının qorunmasında mühüm rol oynayır. Xüsusilə ailəsində bağırsaq xərçəngi və ya polip problemi olan şəxslər mütəmadi müayinələrdən keçməlidirlər.
Həkim əlavə edib ki, erkən diaqnoz bağırsaq xərçənginin qarşısının alınmasında ən vacib amillərdən biridir. Çünki vaxtında aşkarlanan poliplərin endoskopik üsulla götürülməsi gələcəkdə ciddi ağırlaşmaların qarşısını ala bilir.
Sonda qastroenteroloq insanlara uzunmüddətli həzm problemlərini və bağırsaqla bağlı şikayətləri diqqətsiz qoymamağı tövsiyə edib. Onun sözlərinə görə, sadə görünən bəzi əlamətlər ciddi xəstəliklərin ilkin xəbərçisi ola bilər.
Nigar
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
185
23:52 / 28 Sentyabr 2026
84
23:19 / 28 Sentyabr 2026
89
23:06 / 28 Sentyabr 2026
191
23:02 / 28 Sentyabr 2026
1589
22:58 / 28 Sentyabr 2026
86
22:51 / 28 Sentyabr 2026
67
22:40 / 28 Sentyabr 2026
1083
22:35 / 28 Sentyabr 2026
273
22:34 / 28 Sentyabr 2026
224
22:28 / 28 Sentyabr 2026
184
22:24 / 28 Sentyabr 2026
87
22:15 / 28 Sentyabr 2026
70
21:56 / 28 Sentyabr 2026
86
21:55 / 28 Sentyabr 2026
109
21:51 / 28 Sentyabr 2026
76
21:48 / 28 Sentyabr 2026
87
21:40 / 28 Sentyabr 2026
2398
21:36 / 28 Sentyabr 2026
74
21:33 / 28 Sentyabr 2026
75
21:31 / 28 Sentyabr 2026
78
21:13 / 28 Sentyabr 2026
148
21:06 / 28 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.