Ölüm riskini qanla müəyyən etmək mümkün olacaq? – Ekspertdən VACİB AÇIQLAMA
11 Noyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
615
14.05.2026, 15:45
Nevroloq xəbərdarlıq edir: “qulunc” ağrılarında zəli, hicama və masaj problemi tam aradan qaldırmır
Kürək və boyun nahiyəsində yaranan “qulunc” ağrıları bir çox insanın gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı salan problemlərdən biridir. Nevroloqlar bildirirlər ki, bu ağrılar bəzən sadə əzələ yorğunluğu kimi görünsə də, əslində daha dərin və kompleks mexanizmlərlə bağlı ola bilər.
Nevroloq Röyanə Quluzadənin Oxu24.com saytına açıqlamasında qeyd edilib ki, bu tip ağrılar tibbdə çox vaxt miofasial ağrı sindromu kimi xarakterizə olunur. Mütəxəssisin sözlərinə görə, bu vəziyyət əzələ daxilində yaranan xroniki gərginlik və spazmlar nəticəsində formalaşan “trigger nöqtələr” ilə əlaqədardır.
Həkim bildirir ki, bu nöqtələr əzələ toxumasının dərin qatlarında yerləşir və uzun müddət davam edən stress, düzgün olmayan oturuş pozası, fiziki yüklənmə, həyəcan və hətta bəzi psixoloji faktorlar nəticəsində yaranır. Bəzi hallarda Fibromialgiya və təşviş pozuntuları da bu ağrıların güclənməsinə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, bir çox insanlar “qulunc” ağrılarını aradan qaldırmaq üçün zəli, hicama və müxtəlif masaj üsullarına müraciət edirlər. Lakin bu metodlar əksər hallarda yalnız müvəqqəti rahatlıq verir və problemin kök səbəbini tam aradan qaldırmır.
Nevroloq vurğulayır ki, bu ağrılar dərin əzələ qatlarında yerləşdiyi üçün yalnız səthi təsir göstərən prosedurların effekti qısa müddətli olur. Nəticədə ağrı müəyyən zaman sonra yenidən geri qayıdır.
Röyanə Quluzadənin sözlərinə görə, daha effektiv müalicə üçün həkim nəzarəti altında aparılan xüsusi tibbi prosedurlar tətbiq olunur. Bunlara trigger nöqtələrə yönəlik inyeksiyalar və blokada müalicələri daxildir. Bu metodlar əzələ daxilindəki spazmı azaltmaq, iltihabi prosesi zəiflətmək və qan dövranını yaxşılaşdırmaq məqsədi daşıyır.
Həkim qeyd edir ki, bəzi hallarda bu inyeksiyalarda əzələ boşaldıcı və iltihab əleyhinə preparatlardan istifadə olunur və bu, ağrı mənbəyinin birbaşa hədəflənməsinə imkan verir.
Mütəxəssisin fikrincə, “qulunc” ağrılarının tam müalicəsi üçün yalnız prosedurlara güvənmək kifayət deyil. Eyni zamanda həyat tərzinin dəyişdirilməsi, düzgün oturuş və duruş qaydaları, mütəmadi yüngül fiziki aktivlik və stressin idarə olunması da çox vacibdir.
Nevroloqlar vurğulayırlar ki, bu tip xroniki ağrılar vaxtında düzgün müalicə olunmazsa, uzun müddət davam edə və insanın gündəlik fəaliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər.
Hazırladı: Şahbaz
20:28 / 11 Noyabr 2026
38
20:22 / 11 Noyabr 2026
62
20:19 / 11 Noyabr 2026
48
20:08 / 11 Noyabr 2026
55
19:57 / 11 Noyabr 2026
268
19:49 / 11 Noyabr 2026
83
19:43 / 11 Noyabr 2026
73
19:33 / 11 Noyabr 2026
92
19:19 / 11 Noyabr 2026
148
19:07 / 11 Noyabr 2026
101
18:42 / 11 Noyabr 2026
429
18:39 / 11 Noyabr 2026
210
18:35 / 11 Noyabr 2026
170
18:30 / 11 Noyabr 2026
200
18:29 / 11 Noyabr 2026
223
18:23 / 11 Noyabr 2026
140
18:17 / 11 Noyabr 2026
218
18:13 / 11 Noyabr 2026
173
18:06 / 11 Noyabr 2026
773
18:01 / 11 Noyabr 2026
118
17:42 / 11 Noyabr 2026
354
17:40 / 11 Noyabr 2026
212
17:35 / 11 Noyabr 2026
532
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.