Qaynar xətt:

(+99450) 247 90 86

DYP bayramla əlaqədar sürücülərə müraciət edib

DYP bayramla əlaqədar sürücülərə müraciət edib

SON DƏQİQƏ

554

15.07.2021, 20:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

Oxu24.com xəbər verir ki, müraciətdə vətəndaşlardan qurbanlıq üçün nəzərdə tutualn satış və kəsim mərkəzlərində olarkən dayanma-durma tələblərini pozaraq yolun hərəkət hissəsini zəbt edərək digər vətəndaşlar üçün narahatlığa səbəb olacaq hərəkətlər etməkdən, eləcə də pandemiya şəraitində müəyyən edilmiş qaydalara da əməl etmələri tövsiyə olunub.

Eyni zamanda bayramla əlaqədar uzaq məsafələrə şəxsi avtomobillərlə hərəkət edən sürücülərdən bir daha nəqliyyat vasitəsinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmağı, istirahət rejiminə əməl etmələri və yol hərəkəti qaydalarına diqqət yetirmələri xahiş olunub.