Qərib məzarlar
01 Sentyabr 2026, 09:39
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
675
15.11.2024, 18:18
Oxu24.com dünya üzrə maraqlı tibbi faktları təqdim edir:
1. Ən yüksək bədən temperaturu 1980-ci ildə ABŞ-ın Corciya ştatında Uill Cons adlı pasientdə qeydə alınıb. Xəstəxanaya daxil olarkən temperaturu 46.5 C-olub. Pasient 24 gündən sonra evə yazılıb.
2. Ən aşağı bədən temperaturu 23 fevral 1994-cü ildə Kanadada yaşayan 2 yaşlı Karl Kozolovskidə qeydə alınıb. Təsadüfən evlərinin qapısı bağlanıb və uşaq - 24C soyuq havada 6 saat qalmalı olub. Onun bədən temperaturu 14.2C-yə enib.
3. Müxtəlif əşyaları udma vərdişindən əziyyət çəkən 42 yaşlı bir qadının mədəsində 2533 yad cisim və 947 ədəd ingilis sancağı aşkar edilib. Buna baxmayaraq qadın qarın nahiyəsində çox da güclü olmayan ağrıdan şikayət edirmiş.
4. İnsanın mədəsindən xaric edilmiş ən ağır yad maddə 2.35 kg çəkili tük topası olub. Bu xəstəlik "bezoar" adlanır.
5. Ən çox tabletka qəbul edən Zimbabvedən olan Kilner adlı şəxs olub. O, 21 illik müalicə müddətində 565 939 həb qəbul edib.
6. Böyük Britaniyalı Semuel Devidson ən çox iynə vurulan şəxsdir. Bütün ömrü boyu ən azı 78 900 insulin inyeksiyası alıb.
7. Ən çox əməliyyat keçirən şəxs Çarlz Yensendir. 1954-1994-cü il ərzində yenitörəmələrin ləğvi üçün 970 əməliyyat keçirmişdir.
8. Ən uzun müddət davam edən əməliyyat yumurtalıq kistasını xaric edərkən aparılıb. Əməliyyat 96 saata sona çatıb.
9. Ən uzunmüddətli ürək dayanması Norveçdən olan balıqçı Yan Revsdalda qeydə alınıb. Ürəyi 4saat döyünməyən Yan, süni qan dövranı aparatına qoşulduqdan sonra yaxşılaşıb.
10. Avtomobil yarışlarının iştirakçısı David Perli ən ağır yüklənməyə məruz qalan insandır. 1977-ci ildə keçirilən yarışda avtomobil qəzaya uğrayıb. 66 m uzunluqlu yolda avtomobilin sürəti 173 km/saat-dan 0-a enib. Yarışçının 29 sınıq, 3 çıxığı olub, ürəyi isə 6 dəfə dayanıb.
Həmçinin oxuyun
15:43 / 01 Sentyabr 2026
21
15:40 / 01 Sentyabr 2026
26
15:30 / 01 Sentyabr 2026
43
15:27 / 01 Sentyabr 2026
48
15:16 / 01 Sentyabr 2026
63
15:10 / 01 Sentyabr 2026
63
15:08 / 01 Sentyabr 2026
51
15:03 / 01 Sentyabr 2026
450
14:37 / 01 Sentyabr 2026
63
14:36 / 01 Sentyabr 2026
66
14:30 / 01 Sentyabr 2026
88
14:30 / 01 Sentyabr 2026
55
14:24 / 01 Sentyabr 2026
62
14:21 / 01 Sentyabr 2026
63
14:20 / 01 Sentyabr 2026
70
14:20 / 01 Sentyabr 2026
85
14:10 / 01 Sentyabr 2026
146
14:00 / 01 Sentyabr 2026
77
13:52 / 01 Sentyabr 2026
743
13:50 / 01 Sentyabr 2026
71
13:38 / 01 Sentyabr 2026
218
13:27 / 01 Sentyabr 2026
674
13:25 / 01 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.