Ürək xəstələri antibiotik qəbul edərkən nələrə diqqət etməlidir? – HƏKİM DANIŞDI
20 Noyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
346
01.09.2026, 14:37
Cəmiyyətdə bir çox insan xoruldamağı sadəcə yuxu rejimi pozuntusu və ya ətrafdakılara narahatlıq verən adi bir hal kimi qiymətləndirir. Lakin mütəxəssislər bildirirlər ki, xoruldama orqanizmdə baş verən ciddi problemlərin və təhlükəli xəstəliklərin xəbərçisi ola bilər. Tənəffüs yollarının daralması nəticəsində yaranan bu hal xüsusilə ürək-
sisteminə ağır zərbə vurur. Yuxu zamanı orqanizmə kifayət qədər oksigen daxil olmaması baş ağrıları, təngənəfəslik və hətta yaddaş pozuntusuna gətirib çıxarır. Vaxtında tədbir görülmədikdə isə xoruldama həyati təhlükə yaradan fəsadlarla nəticələnə bilər.
Oxu24.com xəbər verir ki, xoruldamaq tənəffüs yollarımızın — burun, boğaz, udlaq yollarının müxtəlif səbəblərdən daralıb, hava akışının girməsini və çıxmasını əngəlləməsi nəticəsində yaranır. Ən çox səbəbləri artıq çəki, alkool almaq, nikotin, yəni tütün maddələri istifadə eləmək, burun-boğazdakı bəzi problemlər və zob xəstəliyi buna səbəb ola bilər.
Bəs xoruldamaq təhlükəlidirmi?
Əslində xoruldadığımız zaman bədənimizə girən oksigen miqdarı azalır, yani az olur, karbon qazı daha çox olur. Bədən bunu kompensasiya etmək üçün daha çox çalışmağa səbəb olur və bu da bədəni yorur. Buna bağlı olaraq xoruldayan insanlarda təngənəfəslik, boğulma, səhər yuxudan ağızda quruma şəklində oyanma, gecələr çox tərləmə, baş ağrıları şəklində oyanmaqdan başqa, bunun ürəyə də ciddi təsiri var.
Ürəyə təsiri olan forması xüsusilə yuxuda nəfəsin kəsilməsi, yuxu apnoe sindromları olan insanlardır. Həm xoruldayan, həm də bu yuxu apnoe sindromu olan insanlarda bədənin çox çalışmasına bağlı olaraq, yani oksigenin azlığına bağlı olaraq qan təzyiqi artır, insult və infarkt riski artır, qəfil ölüm riski artır, şəkər pozulur. Bu insanlar yaxşı yata bilmədikləri üçün yaddaşları pozulur və böyümə hormonu yuxuda rahat yata bilmədikləri üçün azaldığı üçün bunlarda saç tökülməsi və uşaqlarda da, kök uşaqlarda da inkişafdan geri qalmış olur. Onun üçün xoruldama və yuxuda nəfəs kəsilməsi varsa, bunu mütləq düzəltmək lazımdır.
Nigar
19:14 / 21 Noyabr 2026
152
19:12 / 21 Noyabr 2026
49
18:41 / 21 Noyabr 2026
75
18:29 / 21 Noyabr 2026
87
18:19 / 21 Noyabr 2026
91
18:18 / 21 Noyabr 2026
97
17:54 / 21 Noyabr 2026
168
17:43 / 21 Noyabr 2026
1443
17:30 / 21 Noyabr 2026
129
17:17 / 21 Noyabr 2026
109
17:16 / 21 Noyabr 2026
146
17:08 / 21 Noyabr 2026
141
16:45 / 21 Noyabr 2026
111
16:39 / 21 Noyabr 2026
139
16:26 / 21 Noyabr 2026
268
16:20 / 21 Noyabr 2026
137
16:05 / 21 Noyabr 2026
117
16:00 / 21 Noyabr 2026
169
15:49 / 21 Noyabr 2026
158
15:48 / 21 Noyabr 2026
118
15:36 / 21 Noyabr 2026
149
15:35 / 21 Noyabr 2026
120
15:32 / 21 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.