Dadaşzadə saxlanılıb - DİN əməliyyat keçirdi
31 Oktyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
294
01.09.2026, 15:27
Sabiq hərbi qulluqçular Tural Nuriyev və Əsəd Əliyev hərbi qulluqçuların müayinə nəticələrinə müdaxilə etmək adı ilə pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilib.
Oxu24.com xəbər verir ki, 4 nəfərə qarşı dələduzluqda ittiham olunan həmin şəxslərlə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Əsəd Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Digər təqsirləndirilən Tural Nuriyev isə 4 min manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttihama görə, təqsirləndirilən Əsəd Əliyev tanışı olan hərbi qulluqçunun mobil telefonla danışarkən onun və xidmət yoldaşlarının barəsində narkoloji ekspertiza keçirildiyini öyrənib. Həmin telefon söhbərində 4 hərbçi vaxtilə narkotik istifadə etdiklərinin qan analizi nəticəsində aşkarlanacağından narahat olduqlarını bildiriblər.
Ə.Əliyev bundan istifadə edərək qanunsuz yolla qazanc əldə etmək qərarına gəlib. Bu məqsədlə telefonla yoluxucu xəstəliklər ixtisası üzrə rezidenturada təhsil alan hərbçi tanışı T.Nuriyevə niyyətini bildirib. Bundan sonra onlar analiz verən şəxslərdən 10 min manata yaxın pul alaraq analiz nəticələrinə təsir edəcəklərini bildiriblər.
Zərərçəkən şəxslər aldadıldıqlarını anlayandan sonra bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bununla bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham ediliblər.
23:55 / 31 Oktyabr 2026
2210
23:52 / 31 Oktyabr 2026
349
23:44 / 31 Oktyabr 2026
521
23:22 / 31 Oktyabr 2026
127
22:59 / 31 Oktyabr 2026
265
22:32 / 31 Oktyabr 2026
2074
22:31 / 31 Oktyabr 2026
175
21:19 / 31 Oktyabr 2026
149
21:09 / 31 Oktyabr 2026
147
20:59 / 31 Oktyabr 2026
3884
20:51 / 31 Oktyabr 2026
285
20:46 / 31 Oktyabr 2026
156
20:37 / 31 Oktyabr 2026
146
20:33 / 31 Oktyabr 2026
194
20:25 / 31 Oktyabr 2026
118
19:58 / 31 Oktyabr 2026
475
19:44 / 31 Oktyabr 2026
126
19:37 / 31 Oktyabr 2026
111
19:29 / 31 Oktyabr 2026
836
19:28 / 31 Oktyabr 2026
243
19:26 / 31 Oktyabr 2026
436
19:20 / 31 Oktyabr 2026
127
19:20 / 31 Oktyabr 2026
1352
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.