Ərdoğan Zelenskini qəbul edib
31 Oktyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
579
01.09.2026, 15:30
Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də Bişkekdə baş tutan görüşü iki ölkə arasında münasibətlərin normallaşması prosesinə yeni bir dinamika qazandırıb. Bişkekdə baş tutan bu təmas zamanı tərəflər davamlı sülhün möhkəmləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm müzakirələr aparıblar. Xüsusilə nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanması kimi məsələlər gündəmdəki əsas prioritetlər olaraq qalır. Bu istiqamətdə atılan addımlar Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Prosesin uğurla davam etməsi üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsi zəruridir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin son bir ildəki görüşləri iki tərəf arasındakı münasibətlərin yekun qiymətləndirilməsi baxımından önəmlidir:
"Keçən ilin 8 avqust baş tutan görüşündən sonra əldə olunmuş razılaşmaların yerinə yetirilməsi və perspektivlər müzakirə olunub. Keçən bir il ərzində tərəflər arasında münasibətlərdə kifayət qədər dinamik bir irəliləyiş olub və bu qeyd olunmalıdır. Belə ki, həm Azərbaycan-Ermənistan arasında tranzit məhdudiyyətləri aradan qaldırılıb, iki tərəfli ticarətlə bağlı addımlar atılıb, Azərbaycan enerji daşıyıcıları Ermənistan bazarına artıq ixrac olunur”.
Onun sözlərinə görə, bundan başqa, rəsmilərlə bərabər, həm də qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin davamlı görüşmələri keçirilir ki, bu da prosesə pozitiv dinamika verir.
Politoloq qeyd edib ki, görüşdə bir neçə istiqamətdə müzakirələr aparılıb. Bunlardan birincisi şübhəsiz ki, sülh prosesinin irəlilədirilməsi məsələsi idi:
”Ermənistanda sülh müqaviləsinin imzalanması üçün referendumun keçirilməsi tələb olunur və Paşinyanın son dövrlər verdiyi açıqlamalardan da aydın olur ki, Ermənistan hökuməti belə bir referendumun keçirilməsində və konstitusiya dəyişikliyinin edilməsində maraqlıdır.
Digər istiqamət şübhəsiz ki, kommunikasiyaların açılması, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı işlərin gedişatıdır. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri müzakirə mövzularından biri idi”.
Oqtay Qasımov əlavə edib ki, bu görüşlərin ardınca Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın arasında görüşün keçirilməsi də göstərir ki, tərəflər proseslərin müsbət yöndə inkişafında maraqlıdırlar və bunun üçün müvafiq addımlar atmağa çalışırlar.
Çimnaz Telmanqızı
23:55 / 31 Oktyabr 2026
1166
23:52 / 31 Oktyabr 2026
268
23:44 / 31 Oktyabr 2026
395
23:22 / 31 Oktyabr 2026
106
22:59 / 31 Oktyabr 2026
221
22:32 / 31 Oktyabr 2026
1694
22:31 / 31 Oktyabr 2026
150
21:19 / 31 Oktyabr 2026
139
21:09 / 31 Oktyabr 2026
134
20:59 / 31 Oktyabr 2026
2786
20:51 / 31 Oktyabr 2026
255
20:46 / 31 Oktyabr 2026
138
20:37 / 31 Oktyabr 2026
127
20:33 / 31 Oktyabr 2026
179
20:25 / 31 Oktyabr 2026
110
19:58 / 31 Oktyabr 2026
422
19:44 / 31 Oktyabr 2026
121
19:37 / 31 Oktyabr 2026
107
19:29 / 31 Oktyabr 2026
808
19:28 / 31 Oktyabr 2026
222
19:26 / 31 Oktyabr 2026
362
19:20 / 31 Oktyabr 2026
122
19:20 / 31 Oktyabr 2026
1269
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.