Komitə sədri məsələyə qarışdı:Nazirlər Kabinetinin 325 nömrəli qərarı...
11 Oktyabr 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1766
01.09.2026, 13:52
Ermənistan ilə Rusiya arasında son illərdə dərinləşən siyasi-ideoloji uçurum artıq ayrı-ayrı diplomatik fikir ayrılıqları çərçivəsindən çıxaraq daha dərin geostrateji xarakter almaqdadır. Rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmanı sürətləndirməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını dondurması Moskvanın Cənubi Qafqazdakı mövqelərinə ciddi çağırışdır. Putin–Paşinyan təmaslarında kompromis əldə olunmaması isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq istiqamətindəki addımlarını daha da sürətləndirə bilər. Kreml bu prosesi ləngitmək və bölgədəki təsir imkanlarını qorumaq məqsədilə müxtəlif təzyiq mexanizmlərinə əl ata bilər. Yaranmış bu gərgin vəziyyətin fonunda tərəflər arasında münasibətlərin tam miqyaslı açıq qarşıdurma mərhələsinə keçib-keçməyəcəyi isə həm ikitərəfli əlaqələrin, həm də bütövlükdə regionun gələcək geosiyasi düzəninin müəyyənləşməsində mühüm rol oynayır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Rusiya–Ermənistan münasibətlərində baş verən dəyişikliklər yalnız ikitərəfli müstəvi ilə məhdudlaşmır və bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın tərkib hissəsidir.
Rusiya ilk mərhələdə hansı vasitələrə əl atacaq?
Ramiz Alıyev bildirib ki, Rusiya üçün Ermənistanla münasibətlərin tamamilə qırılması arzuolunan ssenari deyil. Kremlin əsas məqsədi İrəvanın Qərbə doğru strateji dönüşünü mümkün qədər ləngitmək və bölgədəki təsir imkanlarını qorumaqdır. Bu məqsədlə Moskva İrəvana siyasi mesajlar verə, mövcud təhlükəsizlik və iqtisadi əlaqələrin əhəmiyyətini ön plana çıxara və Qərbin təhlükəsizlik təminatındakı roluna dair skeptik mövqeyini açıq ifadə edə bilər. Həmçinin daxildəki müxtəlif siyasi qüvvələrlə əlaqələrin intensivləşdirilməsi də nəzəri olaraq mümkündür, lakin bu, İrəvan tərəfindən daxili işlərə müdaxilə kimi qəbul edilərək gərginliyi artıra bilər.
Politoloqun sözlərinə görə, ticarət dövriyyəsi, enerji, nəqliyyat, əmək miqrasiyası və pul köçürmələri kimi sahələr iki ölkənin qarşılıqlı asılılığını müəyyən qədər qoruyur:
“Rusiya idxal-ixrac, logistika və enerji sahəsində tənzimləyici mexanizmlərdən istifadə etməklə İrəvana siqnallar verə bilər. Lakin burada Kreml üçün ciddi bir dilemma mövcuddur: həddindən artıq sərt iqtisadi təzyiq Ermənistanı daha sürətlə Avropa bazarlarına və Qərb maliyyə institutlarına yönəldə bilər”.
Onun sözlərinə görə, Ermənistanın KTMT ilə problemləri və Qərblə təhlükəsizlik əməkdaşlığı Moskvanın narahatlığını artırır. Bununla belə, Rusiyanın birbaşa hərbi-siyasi təzyiqə keçməsi ən son variantdır. Çünki belə bir addım Moskvanın Cənubi Qafqazdakı mövqelərini daha da zəiflədə, Ermənistanın Qərblə əməkdaşlığını sürətləndirə və regionda yeni gərginlik ocağı yarada bilər:
“İrəvanın Rusiya ilə bütün əlaqələri kəskin şəkildə kəsməsi ciddi risklər yaratdığı üçün hazırkı şəraitdə ən real ssenari uzunmüddətli “soyuq qarşıdurma” modelidir. Bu modeldə diplomatik əlaqələr saxlanılır, lakin siyasi etimad minimuma enir, tərəflər qarşılıqlı ittihamlar səsləndirir və alternativ tərəfdaşlıqlar formalaşdırmağa çalışırlar”.
R.Alıyev vurğulayıb ki, bu proses bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın bir hissəsidir:
“Azərbaycanın müstəqil xarici siyasət kursu, regional layihələrdəki rolu, Türkiyə ilə strateji müttəfiqliyi və Ermənistanla sülh gündəliyini irəlilətməsi regionun siyasi arxitekturasını dəyişdirir. Azərbaycanın əsas marağı isə bölgədə sabitliyin, davamlı sülhün, qarşılıqlı əməkdaşlığın və dövlətlərin suveren seçim hüququnun təmin edilməsidir”.
Yekunda politoloq əlavə edib ki, Rusiya–Ermənistan münasibətlərinin gələcəyi qarşıdurmanın dərəcəsindən çox, tərəflərin bu geosiyasi keçidi necə idarə etməsindən və siyasi dialoq kanallarının qorunub-saxlanılmasından asılı olacaq.
Çimnaz Telmanqızı
01:20 / 12 Oktyabr 2026
203
01:15 / 12 Oktyabr 2026
73
00:50 / 12 Oktyabr 2026
74
00:40 / 12 Oktyabr 2026
670
00:40 / 12 Oktyabr 2026
73
00:38 / 12 Oktyabr 2026
111
00:36 / 12 Oktyabr 2026
86
00:35 / 12 Oktyabr 2026
94
00:17 / 12 Oktyabr 2026
280
23:55 / 11 Oktyabr 2026
90
23:50 / 11 Oktyabr 2026
573
23:43 / 11 Oktyabr 2026
84
23:37 / 11 Oktyabr 2026
77
23:30 / 11 Oktyabr 2026
1116
23:21 / 11 Oktyabr 2026
169
23:09 / 11 Oktyabr 2026
407
23:02 / 11 Oktyabr 2026
124
22:49 / 11 Oktyabr 2026
444
22:46 / 11 Oktyabr 2026
128
22:28 / 11 Oktyabr 2026
1799
22:25 / 11 Oktyabr 2026
169
22:22 / 11 Oktyabr 2026
662
22:19 / 11 Oktyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.