Dadaşzadə saxlanılıb - DİN əməliyyat keçirdi
31 Oktyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
302
01.09.2026, 15:08
Baş Prokurorluq 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstünün açılması barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Gədəbəy rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb.
Cinayət işinin materiallarının, habelə işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə zərurət olduğu müəyyən edilib. Bununla əlaqədar 2026-cı il avqustun 28-də Gədəbəy rayon prokurorluğu tərəfindən iş üzrə icraat təzələnərək ibtidai istintaqın davam etdirilməsi təmin olunub.
Aparılmış istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu, Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin may ayında, atası Şahbaz Məmmədovu yaşadığı evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, Polad Məmmədov törətdiyi cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra yaşadıqları evin yaxınlığında yerləşən “Bəkdəmir yalı” adlanan əraziyə aparıb.
P.Məmmədov dindirmə zamanı atasını öldürdüyünü və meyiti qeyd olunan əraziyə apardığını etiraf edib və 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub.
Həmin tarixdə P.Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə (ağırlaşdırcı hallarda qəsdən adam öldürmə) tövsif edilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması və cinayət törətmiş şəxslərin müəyyən edilərək qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
23:55 / 31 Oktyabr 2026
538
23:52 / 31 Oktyabr 2026
208
23:44 / 31 Oktyabr 2026
294
23:22 / 31 Oktyabr 2026
86
22:59 / 31 Oktyabr 2026
195
22:32 / 31 Oktyabr 2026
1402
22:31 / 31 Oktyabr 2026
130
21:19 / 31 Oktyabr 2026
134
21:09 / 31 Oktyabr 2026
129
20:59 / 31 Oktyabr 2026
1683
20:51 / 31 Oktyabr 2026
230
20:46 / 31 Oktyabr 2026
124
20:37 / 31 Oktyabr 2026
117
20:33 / 31 Oktyabr 2026
167
20:25 / 31 Oktyabr 2026
104
19:58 / 31 Oktyabr 2026
380
19:44 / 31 Oktyabr 2026
116
19:37 / 31 Oktyabr 2026
103
19:29 / 31 Oktyabr 2026
790
19:28 / 31 Oktyabr 2026
206
19:26 / 31 Oktyabr 2026
303
19:20 / 31 Oktyabr 2026
111
19:20 / 31 Oktyabr 2026
1206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.