Ərdoğan Zelenskini qəbul edib
31 Oktyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
322
01.09.2026, 11:04
Bəzən nəyisə təsdiq etməyə çalışmaq lazım deyil. Balaca bir jest, hərəkət hər şeyi söyləyir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünən Bişkekdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı nüanslara şahidlik etdik. Masanın üzərində olan Azərbaycan sularını qarşı tərəfə təqdim edən Prezident İlham Əliyev bunları özü ilə gətirdiyini söyləyib.
Qarabağın keçilməz qalası Kəlbəcər dağlarından süzülüb gələn "İstisu" mineral suyunu süzərək, şirin bir eyham da edib.
Masada Gürcüstan istehsalı olan "Borjomi" suyu haqqında "O da yaxşı sudur. Amma bu da yaxşı sudur". Doğrudan da, o, ammanın arxasındakı böyük həqiqətlər tam da yerində və zamanında deyilmiş reallıqdır.
Bir içim su, 30 ildən çox işğal altında qalan Qarabağın vizit kartına çevrilmiş oldu. Və təsdiq etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olduğu kimi, bütün təbii ehtiyatları da ona məxsusdur. Həmçinin, Naxçıvan sularının təqdimi də çox mətləblərdən xəbər verdi.
Yəni uzaq Qırğızıstanda öz dövlətini, onun təbii ehtiyatlarını bu dərəcədə gözəl ifadə etmək hər bir azərbaycanlının məmnunluğudur.
Eyni zamanda, qonşu dövlətin başçısına edilən bu jest yüksək etimadın və səmiyyətin təcəssümüdür.
Bəli, bu görüşdə dövlət başçımızın incə yumorlarının altında böyük həqiqətlər, özünü təsdiq və sübutlar yatır. Böyük qələbələr kiçik gedişlərdən başlayır. Azərbaycan isə 2020-ci ildə İkinci Qarabağ müharibəsində özünün tarixi qələbəsini qazanmış və bütün dünyaya sübut etmişdir ki, öz sərhədlərini müəyyən etmiş, bütöv, qüdrətli bir dövlətdir.
Ramidə Yaqubqızı.
20:25 / 31 Oktyabr 2026
1
19:58 / 31 Oktyabr 2026
68
19:44 / 31 Oktyabr 2026
59
19:37 / 31 Oktyabr 2026
69
19:29 / 31 Oktyabr 2026
307
19:28 / 31 Oktyabr 2026
102
19:26 / 31 Oktyabr 2026
101
19:20 / 31 Oktyabr 2026
75
19:20 / 31 Oktyabr 2026
264
19:18 / 31 Oktyabr 2026
209
19:14 / 31 Oktyabr 2026
305
19:12 / 31 Oktyabr 2026
95
19:07 / 31 Oktyabr 2026
70
18:54 / 31 Oktyabr 2026
88
18:25 / 31 Oktyabr 2026
1682
17:00 / 31 Oktyabr 2026
239
16:58 / 31 Oktyabr 2026
1306
16:52 / 31 Oktyabr 2026
103
16:50 / 31 Oktyabr 2026
116
16:45 / 31 Oktyabr 2026
521
16:22 / 31 Oktyabr 2026
926
16:06 / 31 Oktyabr 2026
815
16:02 / 31 Oktyabr 2026
520
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.