Qaynar xətt:

(+99450) 247 90 86

10 min manatlıq elektrik naqili oğurlayan şəxs saxlanıldı

10 min manatlıq elektrik naqili oğurlayan şəxs saxlanıldı

KRİMİNAL

78

03.07.2026, 15:23

Bakının Nəsimi rayonunda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.

Araşdırmalar davam etdirilir.