Vəfat etmiş şəxsin torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – AÇIQLAMA
11 Noyabr 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
829
18.05.2026, 19:43
Ekspertdən açıqlama: avtomobil nömrəsi itərsə sürücüləri hansı prosedur gözləyir?
Yağışlı hava şəraiti, yolların vəziyyəti və ya nömrənin düzgün bərkidilməməsi səbəbindən avtomobillərin dövlət qeydiyyat nişanlarının düşərək itməsi halları son dövrlər daha çox müşahidə olunur. Bir çox sürücünü isə belə vəziyyətdə hansı addımların atılmalı olduğu və yeni nömrənin necə alınacağı maraqlandırır.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, dövlət qeydiyyat nişanı itdikdə sürücülər müəyyən edilmiş prosedura uyğun hərəkət etməlidirlər.
Ekspertin sözlərinə görə, bəzi vətəndaşlar düşünür ki, itmiş nömrənin eynisini yenidən əldə etmək mümkündür. Lakin qanunvericiliyə əsasən, itirilmiş dövlət qeydiyyat nişanının duplikatı verilmir. Bu halda avtomobil sahibi üçün tamamilə yeni qeydiyyat nömrəsi təqdim olunur.
Rüfət Əmiraslanov qeyd edib ki, ilk mərhələdə sürücü nömrənin itməsi ilə bağlı aidiyyəti quruma ərizə ilə müraciət etməlidir. Müraciətdən sonra avtomobil üçün yeni dövlət qeydiyyat nişanı rəsmiləşdirilir və əvvəlki nömrə istifadədən çıxarılır.
Ekspert bildirib ki, yeni nömrənin alınması üçün dövlət rüsumu da nəzərdə tutulub. Belə ki, dövlət qeydiyyat nişanı üçün 30 manat, qeydiyyat şəhadətnaməsinin yenilənməsi üçün isə əlavə 30 manat dövlət rüsumu ödənilməlidir.
Mütəxəssis vurğulayıb ki, sürücülər xüsusilə payız və qış aylarında avtomobil nömrələrinin bərkidilməsinə daha diqqətli yanaşmalıdırlar. Çünki güclü yağış, palçıq, su axını və yol çuxurları nömrələrin yerindən çıxmasına səbəb ola bilər.
Ekspertin fikrincə, bəzi hallarda sürücülər nömrənin itdiyini gec fərq edir və bu müddətdə nömrəsiz idarə olunan avtomobil yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Bu səbəbdən avtomobil sahiblərinə mütəmadi olaraq nömrələrin vəziyyətini yoxlamaq tövsiyə olunur.
Rüfət Əmiraslanov əlavə edib ki, sürücülər dövlət qeydiyyat nişanını özbaşına hazırlatmağa və ya qeyri-rəsmi üsullarla bərpa etdirməyə çalışmamalıdırlar. Çünki bu, qanunvericiliyə zidd hesab olunur və əlavə hüquqi məsuliyyət yarada bilər.
Hazırladı: Turan
17:42 / 11 Noyabr 2026
107
17:40 / 11 Noyabr 2026
61
17:35 / 11 Noyabr 2026
125
17:16 / 11 Noyabr 2026
80
17:13 / 11 Noyabr 2026
131
17:12 / 11 Noyabr 2026
82
16:35 / 11 Noyabr 2026
101
16:07 / 11 Noyabr 2026
114
16:04 / 11 Noyabr 2026
267
16:01 / 11 Noyabr 2026
116
16:00 / 11 Noyabr 2026
96
15:50 / 11 Noyabr 2026
111
15:50 / 11 Noyabr 2026
118
15:40 / 11 Noyabr 2026
102
15:31 / 11 Noyabr 2026
844
15:27 / 11 Noyabr 2026
835
15:13 / 11 Noyabr 2026
121
15:07 / 11 Noyabr 2026
197
14:51 / 11 Noyabr 2026
139
14:43 / 11 Noyabr 2026
235
14:39 / 11 Noyabr 2026
432
14:36 / 11 Noyabr 2026
146
14:26 / 11 Noyabr 2026
5833
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.