Qaynar xətt:

(+99450) 247 90 86

Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?

Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?

HÜQUQ

52

09.11.2026, 22:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Məhkəmə qərarı çıxıbsa, bəs niyə icra olunmur?

Bu sual bir çoxlarını düşündürür.Son günlər ən çox müzakirə olunan mövzulardan biri də məhz məhkəmə qərarlarının icrası ilə bağlıdır.

Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki,məhkəmədə xeyrinizə qərar çıxarılması hələ hüququnuzun faktiki bərpası demək deyil. Qərarın icrası üçün icra məmurunun üzərinə düşən vəzifələr var.

 İcra məmuru:

Borcluya könüllü icra üçün qanunla nəzərdə tutulmuş müddət verməli;

 Borclunun əmlakını, bank hesablarını və gəlirlərini müəyyən etmək üçün tədbirlər görməli;

Qərar könüllü icra edilmədikdə, qanuni əsaslarla məcburi icra tədbirləri görməli;

 İcra hərəkətlərini qanunla müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirməlidir.

Bəs icra məmuru hərəkətsiz qalırsa nə etməliyik?

Qanunla müəyyən edilmiş qaydada onun hərəkət və ya hərəkətsizliyindən şikayət verə bilərsiniz.

Hüququnuz yalnız məhkəmə qərarı ilə deyil, həmin qərarın icrası ilə də qorunur.

Jalə