Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
08 May 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1494
18.05.2020, 11:48
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, rəlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.
Həmçinin oxuyun
Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.
Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.
20:31 / 09 May 2026
1
20:21 / 09 May 2026
29
20:08 / 09 May 2026
40
19:47 / 09 May 2026
36
19:35 / 09 May 2026
59
19:22 / 09 May 2026
57
18:44 / 09 May 2026
64
18:26 / 09 May 2026
66
18:12 / 09 May 2026
94
18:01 / 09 May 2026
81
17:39 / 09 May 2026
67
17:34 / 09 May 2026
221
17:26 / 09 May 2026
70
17:20 / 09 May 2026
72
17:00 / 09 May 2026
89
16:52 / 09 May 2026
181
14:12 / 09 May 2026
111
12:41 / 09 May 2026
95
11:50 / 09 May 2026
285
11:45 / 09 May 2026
113
11:42 / 09 May 2026
778
11:19 / 09 May 2026
127
11:11 / 09 May 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.