Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı

Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı

SİYASƏT

39

18.11.2026, 18:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin fond bazarında yaranmış böhranla əlaqədar aparılan istintaq çərçivəsində 136 nəfərin həbs olunduğunu bəyan edib.

Oxu24.com  xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Hazırkı dövrə qədər iş üzrə istintaqa cəlb edilən 500 şübhəlidən 136-sı həbs edilib, 285 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri seçilib. Türkiyənin iqtisadiyyatına və kapital bazarlarına qarşı mütəşəkkil qanunsuz addımlar atanlar bir-bir məsuliyyətə cəlb olunurlar. Araşdırmalar böyük həssaslıqla həyata keçirilir", - deyə Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiya iclasında çıxışı zamanı vurğulayıb.

Türkiyənin fond bazarındakı böhran sentyabrın 16-da İstanbul birjasında kotirovkaların kəskin azalması fonunda başlanıb. Hərraclar dayandırılıb və istintaq başlanıb. İstintaqın fərziyyəsinə əsasən, bazardakı təşviş bir neçə investisiya fondu və idarəedici şirkətin likvidlik böhranı ilə əlaqədar süni şəkildə yaradılıb. Böhran işinin araşdırılması çərçivəsində İstanbul Prokurorluğu tərəfindən cinayət işi açılıb. Kapital bazarı haqqında qanunvericiliyi pozmaq ittihamı ilə Türkiyənin 2016-2018-ci illərdə ailə və sosial siyasət naziri olmuş Fatma Betül Sayan Kaya həbs edilib. Həmçinin Bank Tənzimləmə Şurasının iki yüksəkvəzifəli nümayəndəsi və İstanbul birjasının rəhbəri saxlanılıb. Ölkə rəhbərliyinin qərarı ilə 131 investisiya fondunun fəaliyyətinə xitam verilib.Oxu.Az