Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynanın ombudsmanı Rusiya ilə yeni məhbus mübadiləsinin təfərrüatlarını açıqlayıb

Ukraynanın ombudsmanı Rusiya ilə yeni məhbus mübadiləsinin təfərrüatlarını açıqlayıb

DÜNYA

21

18.11.2026, 22:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya ilə Ukrayna arasında qarşıdan gələn böyük əsir mübadiləsi ilə bağlı hələlik yekun rəqəm yoxdur, lakin mindən çox əsgər müzakirə olunur.

Oxu24.com xəbər verir  ki,Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets bunu Telegram kanalında yazıb.

Onun sözlərinə görə, qarşıdan gələn mübadilədə Ukraynanın əsas prioritetləri ağır xəstələr, qadınlar və uzun müddət əsirlikdə olanlar olacaq.

"Mübadilə prosesləri şəffaf meyarlara uyğun aparılmalıdır. Saya gəldikdə isə, hələlik yekun rəqəm yoxdur, amma söhbət 1000+ nəfərdən gedir. Hazırda bunu Rusiya tərəfi ilə əlaqələndiririk", - Lubinets deyib.

Rusiya və Ukrayna 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçirilən danışıqlar zamanı genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.

ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner bildirib ki, əsir mübadiləsi minlərlə insanı əhatə edəcək. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın gələcəkdə baş tutacaq.

Noyabrın 16-da Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Yana Lantratova hazırda böyük bir məhbus mübadiləsinin hazırlandığını açıqladı.

Bundan əvvəl Ukrayna ombudsmanı Kostyantinovkaya humanitar missiyanın mümkünlüyünü qiymətləndirmişdi.

Nigar