Ekrem İmamoğluna həbs cəzası verildi və siyasi fəaliyyət qadağası qoyuldu
18 Noyabr 2026, 19:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
62
18.11.2026, 19:19
Polşa Prezidenti Karol Navrotskinin ABŞ lideri Donald Trampa kəhrəba ilə bəzədilmiş xüsusi kreslo hədiyyə etdiyi məlum olub.
Oxu24.com xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.
Bildirilib ki, Navrotski 2026-cı ilin iyununda ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyi və Trampın 80 illik yubileyi münasibətilə Vaşinqtona səfəri zamanı ona iki hədiyyə təqdim edib. Rəsmi olaraq hədiyyələrdən birinin Vaşinqtonda inşa edilməsi planlaşdırılan zəfər tağı üçün mərmər lövhə olduğu açıqlansa da, ikinci hədiyyə indiyədək gizli saxlanılıb.
TVN24-ün məlumatına görə, söhbət kəhrəba işləmələri ilə zəngin şəkildə bəzədilmiş kreslodan gedir. Onun müəllifi polşalı sənətkar Luçyan Mırtadır. Maraqlıdır ki, kreslo əvvəlki prezident Andjey Dudanın sifarişi ilə hazırlanıb və elə o vaxtdan Trampa hədiyyə edilməsi nəzərdə tutulub. Lakin həmin dövrdə hədiyyə təqdim olunmayıb.
Polşa Prezidentinin Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç da hədiyyənin böyük təəssürat yaratdığını bildirib.
Qeyd edək ki, Polşa Prezidentinin Aparatı hədiyyə barədə məlumatı hətta yüksəkvəzifəli rəsmilərdən də gizli saxlayıb.Qafqazinfo
19:36 / 18 Noyabr 2026
16
19:36 / 18 Noyabr 2026
20
19:26 / 18 Noyabr 2026
43
19:15 / 18 Noyabr 2026
57
19:08 / 18 Noyabr 2026
88
18:50 / 18 Noyabr 2026
69
18:45 / 18 Noyabr 2026
86
18:37 / 18 Noyabr 2026
89
18:33 / 18 Noyabr 2026
67
18:22 / 18 Noyabr 2026
92
18:17 / 18 Noyabr 2026
99
18:11 / 18 Noyabr 2026
106
18:05 / 18 Noyabr 2026
96
18:00 / 18 Noyabr 2026
94
17:51 / 18 Noyabr 2026
89
17:49 / 18 Noyabr 2026
91
17:45 / 18 Noyabr 2026
99
17:25 / 18 Noyabr 2026
114
17:20 / 18 Noyabr 2026
119
17:20 / 18 Noyabr 2026
128
17:11 / 18 Noyabr 2026
361
17:05 / 18 Noyabr 2026
112
16:52 / 18 Noyabr 2026
314
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.