Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
40
16.11.2026, 10:46
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ucar şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Dövlət Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüşdə rayon ictimaiyyəti, yuxarı sinif şagirdləri, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini çatdırıb. Xaricdə təhsil, təhsilə görə verilən möhlət, həmçinin rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, “MyGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara xidmətlərin təqdim olunması barədə də geniş məlumat verib. Eyni zamanda, tədbir çərçivəsində zərərli vərdişlərə qarşı mübarizəyə toxunularaq gənclərin iştirakı ilə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici çıxışlar edilib. Tədbirdə iştirak edən şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları da çıxış edərək öz təəssüratları ilə bölüşüblər.
Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.



10:41 / 16 Noyabr 2026
50
10:40 / 16 Noyabr 2026
79
10:37 / 16 Noyabr 2026
49
10:23 / 16 Noyabr 2026
63
10:04 / 16 Noyabr 2026
53
09:57 / 16 Noyabr 2026
92
09:47 / 16 Noyabr 2026
92
09:32 / 16 Noyabr 2026
66
08:54 / 16 Noyabr 2026
108
08:45 / 16 Noyabr 2026
111
08:42 / 16 Noyabr 2026
414
08:32 / 16 Noyabr 2026
107
08:21 / 16 Noyabr 2026
117
08:01 / 16 Noyabr 2026
114
00:08 / 16 Noyabr 2026
200
23:41 / 15 Noyabr 2026
241
23:35 / 15 Noyabr 2026
383
23:32 / 15 Noyabr 2026
184
23:07 / 15 Noyabr 2026
620
22:43 / 15 Noyabr 2026
1805
22:34 / 15 Noyabr 2026
242
22:24 / 15 Noyabr 2026
176
22:05 / 15 Noyabr 2026
1376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.