Qaynar xətt:

(+99450) 247 90 86

Ekrem İmamoğluna həbs cəzası verildi və siyasi fəaliyyət qadağası qoyuldu

Ekrem İmamoğluna həbs cəzası verildi və siyasi fəaliyyət qadağası qoyuldu

SİYASƏT

41

18.11.2026, 19:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında qanun pozuntularına yol verildiyi iddiası ilə açılmış məhkəmə işi üzrə hökm elan olunub.

Oxu24.com  "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, məhkəmə İstanbulun həbsdə olan keçmiş meri Ekrem İmamoğlu, Rza Akpolat, Özgür Çelik, Nihat Yeşiltaş, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Güzelkaya və Serhat Can Eşini səsverməyə müdaxilə edərək nəticələri saxtalaşdırmaqda təqsirli bilib.

Adıçəkilən şəxslərin hər biri iki il bir ay müddətinə azadlıqdan məhrum edilib. Onlara, həmçinin siyasi fəaliyyətlə məşğul olmaq qadağası qoyulub.

Cemil Tuğay, Hüseyn Yaşar və Özgen Nama barəsində isə bəraət hökmü çıxarılıb.