Bu qurumun direktoru 6 min manat maaş alır - Tam siyahı
18 Noyabr 2026, 20:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
18.11.2026, 21:53
Xəzər dənizinin sahilboyu ərazilərində torpaqlardan istifadə və tikililərə nəzarət gücləndirilir. Prezident İlham Əliyev noyabrın 16-da Xəzərin Azərbaycan sektoruna aid sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, bu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsinə dair vahid dövlət siyasətinin həyata keçirilməsi, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.
Fərmana əsasən, sahilboyu ərazilərin xüsusi hüquqi statusunun müəyyənləşdirilməsi, zonalaşdırılması, torpaqlardan qanunsuz istifadənin və zəbt hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin sahil ərazilərində monitorinqlərin aparılması, qanunsuz tikililərin sökülməsi, abadlıq və sanitar təmizlik işləri üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı tədbirlər görüləcək. Sahilboyu ərazilərin sərhədlərinin və ölçülərinin müəyyənləşdirilməsi üçün də altı aylıq müddət nəzərdə tutulub.
Uzun illərdir Xəzər sahilində ayrı-ayrı ərazilərin hasarlanması, qanunsuz tikililərin inşası və vətəndaşların dənizə çıxışının məhdudlaşdırılması narazılıq doğurur. Yeni fərman bu problemlərin aradan qaldırılması ilə bağlı gözləntiləri artırıb. Lakin əsas sual budur: sahildə hansı obyektlər söküləcək, mülkiyyət sənədi olan tikililərin taleyi necə müəyyənləşdiriləcək və Xəzər sahilləri nəhayət, vətəndaşlar üçün əlçatan olacaqmı?
Oxu24.com xəbər verir ki,Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, uzun illər Xəzər dənizinin sahilyanı ərazilərinin qanunsuz hasarlanmasının şahidi olmuşuq:"Bu hasarların bir hissəsi aidiyyəti dövlət qurumları tərəfindən sökülsə də, hazırda da dəniz sahilinin əksər hissələri müxtəlif şəxslər tərəfindən hasarlanıb. Qanunvericiliyə əsasən, sahilyanı mühafizə zolağının qorunması şərtilə, dənizlə quru yaşayış məntəqələri arasında olan bu zolağın eni relyefdən asılı olaraq 20 metrdən 50 metrədək müəyyənləşdirilir. Vətəndaşlar dəniz kənarında yaşayış və ya qeyri-yaşayış obyektləri inşa edərkən mütləq mühafizə zolağını nəzərə almalı, həmin ərazilərdə tikinti aparmaq üçün müvafiq dövlət qurumlarından tələb olunan sənədləri və icazələri almalıdırlar".
E.Fərzəliyev qeyd edib ki, hazırda dənizkənarı ərazilərdə bu cür sahələrin sayı kifayət qədər çoxdur:" Zamanla həmin ərazilər zəbt edilib və onların yerində müxtəlif yaşayış və qeyri-yaşayış obyektləri inşa olunub. Yeni qaydalara əsasən, yaxın gələcəkdə icazəsiz və qanunsuz şəkildə inşa edilmiş bu tip yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi gözlənilir. Bu, bir tərəfdən vətəndaşların Xəzər sahilində rahat istirahət etməsinə şərait yaradacaq, digər tərəfdən isə mümkün təhlükələrin qarşısının alınmasına xidmət edəcək. Belə ki, su basması, dəniz səviyyəsinin qalxması və bu kimi hallar baş verərsə, mühafizə zolağının pozulduğu ərazilərdə inşa edilmiş tikililər ciddi maddi və mənəvi zərərlə üzləşə bilər.
Hazırda aparılan tikintilərin böyük bir hissəsi aidiyyəti qurumların icazələri əsasında həyata keçirilib. Bununla yanaşı, icazəsiz inşa edilmiş kifayət qədər tikili də var. Monitorinqlər aparıldıqdan sonra sənədsiz tikililərin də aidiyyəti dövlət qurumları tərəfindən sökülməsi planlaşdırılır.
Düşünürəm ki, bu cür ərazilərin zəbt olunması və mühafizə zolağının pozulması ilə yanaşı, vətəndaşların sahilyanı ərazilərdən sərbəst istifadəsinə də bir sıra problemlər yaradır”.
21:55 / 18 Noyabr 2026
36
21:40 / 18 Noyabr 2026
68
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
71
21:09 / 18 Noyabr 2026
73
21:03 / 18 Noyabr 2026
91
20:53 / 18 Noyabr 2026
101
20:50 / 18 Noyabr 2026
87
20:45 / 18 Noyabr 2026
228
20:42 / 18 Noyabr 2026
114
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
103
20:28 / 18 Noyabr 2026
96
20:19 / 18 Noyabr 2026
592
20:05 / 18 Noyabr 2026
130
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
107
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
137
19:15 / 18 Noyabr 2026
112
19:08 / 18 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.