Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın Azərbaycana satdığı  yeni  döyüş təyyarəsi üzə çıxdı: Radara düşmür +VİDEO

2020/05/17/1589745329_miq.jpg

HƏRBİ

3301

17.05.2020, 23:56

Rusiyanın Azərbaycana satdığı  yeni  silahın detalları  üzə  çıxıb.

Oxu24.com xəbər  verir  ki, MİQ-35 döyüş təyyarələri barədə  AzTV-də  sujet yayımlanıb.

Sujetdə Azərbaycan  Ordusunun  döyüş  təyyarəsinin detalları  açıqlanıb.

Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici "Su-35"-də 4500 km, "MiQ-35"-də isə 3500 km-dir.

Təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan  təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir.

Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan "MiQ-35" təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir.

"MiQ-35" təyyarələri   "hava-hava" tipli "R-73", "R-77", "R-27" raketləri, "hava-yer" tipli "X-25", "X-29", "X-38" raketləri, gəmiyə qarşı "X-31" raketləri və "KAB-500L", "KAB-500KR" bombaları ilə silahlana bilirlər. "Su-35" və "MiQ-35" qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir.

Azərbaycan HHQ-nin bu növ qırıcı təyyarələrlə gücləndirilməsi döyüş əməliyyatları zamanı onlara Ordumuzun qoşun növləri və qisimlərini havadan dəstəkləməklə yanaşı düşmənin yerüstü qoşun qruplaşmasını, hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verəcək.