Gürcüstan komandanı Azərbaycan xüsusi təyinatlılarının məşğələsini izləyib - VİDEO
18 Noyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
637
08.05.2025, 20:20
"Azərbaycanda bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. Bu istisnalar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 22-ci maddəsində öz əksini tapıb".
Oxu24.com xəbər verir ki bu fikirləri konkret.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə deyib.
"Qanuna əsasən hazırda cəza çəkən şəxslər - ictimai, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası alanlar müddətli hərbi xidmətə çağırılmırlar. Həmçinin barəsində cinayət işi aparılan və ya məhkəmə baxışında olan şəxslər də hərbi xidmətə müvəqqəti cəlb olunmur. Daha əvvəl qəsdən cinayət törədərək azadlıqdan məhrum edilmiş və məhkumluğu hələ də qüvvədə olan şəxslər də hərbi xidmətə çağırılmayanlar sırasındadır. Ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası alanlar isə ümumiyyətlə xidmətə cəlb edilmir", - o bildirib.
Vəkil qeyd edib ki, qanunla müəyyən olunan digər hal isə məhkumluğun silinməsi ilə bağlıdır:
"Əgər şəxs məhkumluq müddətini başa vurub və rəsmi şəkildə bu statusdan azad olunubsa, onun hərbi xidmətə yararlılığı xüsusi komissiya tərəfindən dəyərləndirilir. Bu yanaşma həm təhlükəsizlik, həm də sosial adaptasiya baxımından nəzərə alınır. Qanunvericilikdə bu məsələ Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə də tənzimlənir".
23:10 / 18 Noyabr 2026
29
22:45 / 18 Noyabr 2026
55
22:40 / 18 Noyabr 2026
58
22:25 / 18 Noyabr 2026
64
22:25 / 18 Noyabr 2026
68
22:15 / 18 Noyabr 2026
63
22:11 / 18 Noyabr 2026
73
21:55 / 18 Noyabr 2026
71
21:53 / 18 Noyabr 2026
192
21:40 / 18 Noyabr 2026
99
21:26 / 18 Noyabr 2026
96
21:20 / 18 Noyabr 2026
100
21:09 / 18 Noyabr 2026
103
21:03 / 18 Noyabr 2026
336
20:53 / 18 Noyabr 2026
130
20:50 / 18 Noyabr 2026
107
20:45 / 18 Noyabr 2026
285
20:42 / 18 Noyabr 2026
146
20:40 / 18 Noyabr 2026
119
20:34 / 18 Noyabr 2026
125
20:28 / 18 Noyabr 2026
116
20:19 / 18 Noyabr 2026
708
20:05 / 18 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.