Qaynar xətt:

(+99450) 247 90 86

İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

DÜNYA

220

12.05.2023, 22:20

İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Oxu24.com xəbər  verir  ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza şəhərinin Nəsr məhəlləsindəki bir evi hədəf aldığı bildirilib.

Beləliklə, İsrailin mayın 9-da blokadada olan Qəzza zolağına başlatdığı hücumlarda həyatını itirən fələstinlilərin sayı 33-ə yüksəlib.

Digər tərəfdən, Fələstin Sosial İnkişaf Nazirliyinin Qəzza üzrə sözçüsü Əzize əl-Kahalut keçirdiyi mətbuat konfransında, "Çərşənbə axşamı günündən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində 94 ailə zərər görüb" deyib.

Qeyd edək ki, ötən gün ərzində Qəzza zolağından İsrailə 1000-dək raket atılıb.

 

Aynurə Məcidova