Bu ölkəyə gedən azərbaycanlılar üçün YENİLİK
15 Noyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
233
04.07.2025, 11:24
Əfqanıstanda hakimiyyətə gələn Taliban qruplaşmasının yaraqlıları Amerika Birləşmiş Ştatları tərəfindən rəsmi tanınmağa nail olmaq niyyətindədir.
Oxu24.com xəbər verir ki, bu barədə danışıqlar prosesinə yaxın mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.
Məqalədə deyilir: “Taliban ABŞ-ın tanınması istiqamətində bir sıra addımlar, o cümlədən Əfqanıstan problemlərinin həlli üçün ABŞ-da səfirlik tipli ofisin yaradılmasını təklif edib”.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton Talibandan hələ də yaraqlıların əsirliyində olan amerikalının azad edilməsini tələb edib. Bildirilir ki, belə bir jest ikitərəfli münasibətlərin inkişafına töhfə verməlidir.
Bundan əvvəl Qətərdəki Taliban Siyasi Bürosunun rəhbəri, Əfqanıstanın bu ölkədəki səfiri Süheyl Şahin bildirmişdi ki, digər dövlətlər də yaxın həftələr və ya aylar ərzində Rusiyadan nümunə götürərək Əfqanıstan İslam Əmirliyini, eləcə də onun hakimiyyətini tanıya bilər.
İyulun 3-də məlum olub ki, Rusiya Federasiyası dünyada ilk olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, rəsmi tanınma iki ölkə arasında müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Əfqanıstanın yeni səfirinin etimadnamələrinin surətlərini qəbul edib.
Miri
19:51 / 15 Noyabr 2026
16
19:37 / 15 Noyabr 2026
44
19:17 / 15 Noyabr 2026
56
19:09 / 15 Noyabr 2026
66
18:40 / 15 Noyabr 2026
79
18:05 / 15 Noyabr 2026
121
17:53 / 15 Noyabr 2026
1351
17:43 / 15 Noyabr 2026
644
17:16 / 15 Noyabr 2026
537
17:12 / 15 Noyabr 2026
2660
17:09 / 15 Noyabr 2026
103
15:50 / 15 Noyabr 2026
117
15:25 / 15 Noyabr 2026
154
15:15 / 15 Noyabr 2026
141
14:47 / 15 Noyabr 2026
199
14:34 / 15 Noyabr 2026
388
14:25 / 15 Noyabr 2026
161
14:19 / 15 Noyabr 2026
137
14:02 / 15 Noyabr 2026
537
13:27 / 15 Noyabr 2026
399
12:55 / 15 Noyabr 2026
1824
12:36 / 15 Noyabr 2026
451
12:28 / 15 Noyabr 2026
181
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.