Dünyanın ən çox borcu olan ölkəsi açıqlandı – Məsələ başqa imiş
21 Oktyabr 2026, 19:45
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2156
02.07.2025, 18:26
Azərbaycanda bankların əhalidən ABŞ dollarının nağd şəkilində alışı satışın həcmini yenidən ötməyə başlayıb və bu da konvertasiya məzənnəsinin 1.7 dollar-manat səviyyəsindən aşağıda qalmasına səbəb olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, banklar əhalidən cari ilin mayında 186.13 milyon dollar aldığı halda, 123.14 milyon dollar satış ediblər.
Bankların konvertasiyasında alışların satışları $63 milyon üstələməsi deməkdir. Sonuncu dəfə bu həcmdə fərq 2023-cü ilin mayından bu tərəfə ($70 mln.) ən yüksək göstəricidir.
Ümumilikdə ilk beş ayda banklar əhaliyə $888.55 mln. satarkən, $729.11 mln. alıb.
Alışların son ayda satışları üstələməsi orta konvertasiya 1 dolların məzənnəsini 1.6979 manata qədər endirib. Aprel ayında orta məzənnə 1.6988 manat idi.
Qeyd edək ki, adətən valyuta dəyişmə məntəqələrində dollar nağd şəkildə 1.7 manatdan baha satırdılar.
Bu cür enişə səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, manatın dəyər qazanması indiki şəraitdə mümkün deyil:
“Sadəcə olaraq yay aylarında ölkəmizə daha çox turist gəlir. Onlar da özləri ilə gətirdikləri dollarları burda xərcləyirlər. Bir sözlə insanlar əllərində olan dollarları manata çevirdikləri üçün dolların məzənnəsi bir qədər aşağı düşür.
Nəzərə alaq ki, bu ilk belə hal deyil. Əvvəllərdə də anoloji proses yaşanıb. Unutmayaq ki, Azərbaycanda məzənnə inzibati yolla tənzimlənir, bazar qaydaları işləmir. Ona görə də manatın dəyər qazanması müvəqqəti bir haldır. Manatın dəyər qazanması üçün fundamental səbəblər olmalıdır. Hələlik bu səbəblər yoxdur. Əksinə bizdə ticarət dövriyyəsində müsbət saldo əvvəlki illərdə milyardlarla ölçülürdü, indi isə müsbət saldo milyonlarla ifadə olunur. Bu mənada hazırda manat üzərində basqı da var”.
20:33 / 21 Oktyabr 2026
2
20:28 / 21 Oktyabr 2026
22
20:27 / 21 Oktyabr 2026
28
20:25 / 21 Oktyabr 2026
27
20:22 / 21 Oktyabr 2026
32
20:14 / 21 Oktyabr 2026
37
19:59 / 21 Oktyabr 2026
231
19:45 / 21 Oktyabr 2026
73
19:34 / 21 Oktyabr 2026
97
19:24 / 21 Oktyabr 2026
88
19:09 / 21 Oktyabr 2026
112
19:04 / 21 Oktyabr 2026
83
18:53 / 21 Oktyabr 2026
78
18:39 / 21 Oktyabr 2026
81
18:35 / 21 Oktyabr 2026
78
18:27 / 21 Oktyabr 2026
92
18:22 / 21 Oktyabr 2026
85
18:19 / 21 Oktyabr 2026
95
18:10 / 21 Oktyabr 2026
83
18:06 / 21 Oktyabr 2026
90
17:59 / 21 Oktyabr 2026
91
17:59 / 21 Oktyabr 2026
90
17:56 / 21 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.