Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
11 İyul 2025, 08:18
Qaynar xətt:
(+99450) 247 90 86DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?
KRİMİNAL
1969
04.07.2025, 10:14
Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib. Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə ekstradisiya etməyə imkan vermir. Mariya Zaxarova Zahirəddin İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.
Zahirəddin İbrahimov Agarza oğlu, 1954-cü il fevralın 22-də Lənkəran rayonunun Şaglaser kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Lənkəran Pedaqoji Texnikumunu, sonra isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Sonra separatçı “Avesta” cəmiyyəti yaradıb. 1992-93-cü illərdə Şaglaser kəndində sovxoz direkroru işləyib. 1997-ci ildən Rusiyanın Yekaterinburq şəhərinə köçüb. 2002-ci ildə Rusiya vətəndaşlığı alıb. 2017 və 2019-cu illərdə Ermənistanda təşkil olunmuş separatçı talış konfranslarında iştirak edib.
Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib. O, Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirib, qərəzli bəyanatlar verib, ölkəmizdə separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib. Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama verən vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Zahirəddin İbrahimovun həqiqətən DTX-nın istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Zahirəddin İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib. Zahirəddin İbrahimovun fəaliyyətinə nəzər yetirdikdə, məlum olur ki, o, heç də öz ağlının və zəkasının nəticəsi olaraq, doğulub boya-başa çatdığı dövlətinə, milli kimliyinə daş atmır. Zahirəddin İbrahimovun iradəsizliyindən və maddiyyata daha çox meyl etməsindən istifadə edən Ermənistanın xüsusi xidmət orqanları onu tora salmaqla məkrli niyyətlərini həyata keçirməyə nail olublar. Nəticədə Zahirəddin İbrahimov Ermənistan DTX-sının əlində oyuncağa çevrilib. Məhz Ermənistan DTX-sının sifarişləri əsasında o, YouTube kanalında talış dilində veriliş aparıb. Hətta ona ofis, aylıq 12 min 800 ABŞ dolları maliyyə yardımları göstərilib. Bu cür maddi və mənəvi dəstəkdən ruhlanan Zahirəddin İbrahimov 2012-ci ildə qurulan “Talış Mədəniyyəti Mərkəzi”nin təsisçilərindən biri olub. Bununla yanaşı, Azərbaycana qarşı qarayaxma kampaniyasının detallı şəkildə aparılması üçün Zahirəddin İbrahimov dəfələrlə Ermənistanda olub. Səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının binasında rəhbər şəxslərlə görüşlər və müzakirə aparıb. Bunu Zahirəddin İbrahimovun vəkili Səyyarə Əliyeva da mətbuata açıqlamasında qeyd edib. Bildirib ki, Zahirəddin İbrahimov istintaq tərəfindən dindirilmə zamanı Ermənistanla əlaqələrindən danışıb. Marqarita pizza
Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Zahirəddin İbrahimovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsinin tərkibi var: “Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanət adlanır. Casusluq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi əleyhinə fəaliyyətdə iştirak etmiş şəxslər bu maddə ilə ittiham olunurlar. Cinayət Məcəllənin 281-ci maddəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönələn açıq çağırışlar edən şəxslər ittiham olunurlar. Məcəllənin 283-cü maddəsi ilə etnik nifrət və ayrı-seçkilik salmağa yönələn çağırışlar edənlər ittiham olunurlar. Bu maddələr üzrə sübutlar mövcud olarsa və günahı təsdiqlənərsə, Zahirəddin İbrahimovu 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, hətta ömürlük həbs də gözləyə bilər”.
Həmçinin oxuyun
Tanınmış vəkil bildirib ki, Zahirəddin İbrahimovun vətəndaşlığı olmayan şəxs statusunda olması onu cinayət məsuliyyətindən azad etmir: “Əgər əməl Azərbaycan ərazisində və ya Azərbaycan Respublikasına qarşı törədilibsə, Azərbaycan qanunvericiliyi bu əməlləri məhz ölkədaxili hüquqi müstəvidə qiymətləndirir. Zahirəddin İbrahimovun hekayəsi sadəcə bir şəxsin xəyanəti deyil, həm də dövlətin milli təhlükəsizliyinə qarşı yönəlmiş uzunmüddətli düşmənçilik planının fraqmentidir. Ermənistanın öz məqsədləri üçün etnik və sosial zəmində manipulyasiya etməsi, casus şəbəkələri formalaşdırması yeni deyil. Lakin Azərbaycan hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlayaraq, torpağını satanları həbs edir. Azərbaycan məhkəməsi belə əməllərə öz qiymətini verəcək. Qanunun ən sərt üzü belə şəxslərə göstərilməlidir”.
09:10 / 11 İyul 2025
Rubl görün neçəyədir
2
09:10 / 11 İyul 2025
Rusiyaya hücum oldu: Ölən var
5
09:10 / 11 İyul 2025
Tramp-Putin görüşü mümkün deyil - Açıqlama
4
09:01 / 11 İyul 2025
Röyanın "Əlvida,gedirəm" mahnısının həsr edildiyi Azadə görün əslində nədən ölübmüş — ŞOK FAKTLAR
5
09:00 / 11 İyul 2025
Dərdi də, təmiri də bitməyən Binəqədi yolu - İşlər niyə yekunlaşmır?
11
08:42 / 11 İyul 2025
Bu yollarda tıxac var
20
08:18 / 11 İyul 2025
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
657
08:14 / 11 İyul 2025
Rusiya və ABŞ arasında “ayaq üstə” danışıq
23
08:03 / 11 İyul 2025
İndi hər otağa həmişə bir stəkan duz QOYUN - Sadə bir hiylə
30
07:29 / 11 İyul 2025
Tramp Rusiya ilə bağlı mühüm bəyanat verəcək
35
00:13 / 11 İyul 2025
Kredit borcunu ödəyə bilməyənlərin nəzərinə
459
23:54 / 10 İyul 2025
Mirzə Qurbanov vəfat etdi
320
23:09 / 10 İyul 2025
Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN
1026
22:55 / 10 İyul 2025
Qəza baş verib: Yaralılar var
104
22:45 / 10 İyul 2025
Rusiya Kiyevi vurdu
118
22:37 / 10 İyul 2025
Şəmkirdə güclü yanğın
109
22:29 / 10 İyul 2025
Düyü ilə bu məhsulları yeməyin
113
22:12 / 10 İyul 2025
Bu BÜRCLƏRİN həyatı dəyişəcək - 2 gün qaldı...
686
22:10 / 10 İyul 2025
Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər
124
21:39 / 10 İyul 2025
Bu ölkələrin sərhədi oteldə yerləşən çarpayının ortasından keçirmiş - MARAQLI
345
21:39 / 10 İyul 2025
Makronun arvadının qəribə davranışının səbəbi məlum oldu - FOTO
313
21:33 / 10 İyul 2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
160
21:26 / 10 İyul 2025
İsrail müdafiə naziri təhlükəli açıqlamalar verib
121
21:15 / 10 İyul 2025
Moskvaya uçan PUA-lar vurulub
123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.