Bu şəxslərə paxla yemək QADAĞANDIR -HƏKİM AÇIQLADI
21 Oktyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1291
02.07.2025, 15:43
Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur.
Bəs görəsən, adını qoya bilmədiyimiz və ağır göstəricilərlə keçirilən xəstəlik əslində nədir? Onun ciddi fəsadları ola bilərmi?
Oxu24.com xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında hal-hazırda Azərbaycanda COVID-19 infeksiyasının "Omikron" ştamının mövcud olduğunu bildirib:
"Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVID-19 infeksiyasının "Omikron" variantının bəzi altnövləri hələ də dövriyyədədir. Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir.
Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.
Bu cür simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən - xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər.
İnfeksiyalardan qorunmaq üçün ən effektiv vasitə - hava-damcı yolu ilə yayılan xəstəliklərə qarşı standart gigiyenik və profilaktik tədbirlərə əməl etməkdir. Buna maskadan istifadə, əllərin mütəmadi yuyulması, qapalı və izdihamlı məkanlardan uzaq durmaq kimi tədbirlər daxildir".
21:45 / 21 Oktyabr 2026
21
21:38 / 21 Oktyabr 2026
121
21:25 / 21 Oktyabr 2026
76
21:15 / 21 Oktyabr 2026
61
21:12 / 21 Oktyabr 2026
768
21:06 / 21 Oktyabr 2026
71
21:04 / 21 Oktyabr 2026
68
21:02 / 21 Oktyabr 2026
84
20:59 / 21 Oktyabr 2026
80
20:49 / 21 Oktyabr 2026
83
20:42 / 21 Oktyabr 2026
62
20:39 / 21 Oktyabr 2026
330
20:39 / 21 Oktyabr 2026
65
20:33 / 21 Oktyabr 2026
71
20:28 / 21 Oktyabr 2026
176
20:27 / 21 Oktyabr 2026
445
20:25 / 21 Oktyabr 2026
70
20:22 / 21 Oktyabr 2026
66
20:14 / 21 Oktyabr 2026
76
19:59 / 21 Oktyabr 2026
409
19:45 / 21 Oktyabr 2026
91
19:34 / 21 Oktyabr 2026
122
19:24 / 21 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.