Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
12 İyul 2025, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı
SİYASƏT
764
04.07.2025, 11:18
Kremlin fəaliyyətsizliyi fonunda diasporlarımızı susdurmaq, azərbaycanlıları qovmaq, bazarları almaq, hətta Balakən və Zaqatalanı “qaytarmaq” çağırışları səslənir - Bakıdan şillə kimi cavablar
Rusiya hakimiyyətinin fəaliyyətsizliyi fonunda bu ölkədə Azərbaycana qarşı hədyan dolu çağırışlar artır. Məsələn, Dövlət Dumasının Regional Siyasət Komitəsinin sədr müavini Mixail Matveyev iki ölkə arasında indiki durumu şərh edərkən bildirib:
“Heç bir açıqlamaya ehtiyac yoxdur, sadəcə olaraq, bütün ölkədə diasporları susdurmaq, heç bir bəyanat vermədən sıxışdırmaq lazımdır. Amma bunun üçün siyasi qərarın olacağına inanmaq çətindir”. “Tsargrad” telekanalının təsisçisi Konstantin Malofeyev də eyni mövqeni sərgiləyir. Miqrantlara xitabən o bildirir: “Bu gözəl, güclü və müstəqil Azərbaycanın vətəndaşlarının niyə Rusiyaya axın etməsi aydın deyil. Evə, Azərbaycana getmək vaxtıdır”. “Two Majors” Telegram kanalı isə bildirir ki, Azərbaycan rəhbərliyinin baş verənləri daha dərindən dərk etməsi üçün Moskvadakı “Food City” və “Avropa” ticarət mərkəzi və Voronejdəki Alekseyevski bazarı kimi tərəvəz anbarlarını indiki azərbaycanlı sahiblərdən almaq lazımdır. “Soloviev Live” telekanalının jurnalisti Sergey Mardan qeyd edir: “Süngülərlə dəstəklənməmiş mərhəmət asiyalılar tərəfindən qiymətləndirilmir. Xəzərdə gəmiçilik və neft hasilatının təhlükəsizliyi barədə düşünməyin vaxtıdır. Və eyni zamanda - Rusiya şəhərlərində məskunlaşan iki milyon azərbaycanlı tacirin öz evindəymiş kimi vergi verməsi haqqında. Yeri gəlmişkən, Bakı həmişə Rusiya şəhəri olub. Odessa kimi”. “Komsomolskaya Pravda”nın hərbi müxbiri, “Rus Tarantas” kanalının müəllifi Dmitri Steşin isə yazır: “Əgər Rusiya, sadəcə olaraq, bütün Azərbaycan biznesini dondursa, eskalasiya prosesi məhdudlaşdırılacaq. Rusiya tez, son dərəcə sərt və qətiyyətli hərəkət etməlidir. Və münasibətlər dərhal yaxşılaşacaq”. Roman Antonovski müəllifi olduğu “Sını Monarxii” Telegram kanalında Azərbaycana qarşı həyasızcasına ərazi iddiaları irəli sürür: “Dağıstanlı qardaşlar Azərbaycan hakimiyyətinin rusofob davranışından qəzəblənərək yazırlar ki, Dağıstanın öz ata-baba torpaqlarını qaytarmaq şansımız var, bu, Azərbaycanın Balakən və Zaqatala rayonlarıdır”. “Zergulio” Telegram kanalının müəllifi Sergey Kolyasnikov bildirir: “Azərbaycan Yekaterinburqda etnik dəstə üzvlərinin həbsinə cavab olaraq rusiyalı sənətçilərin çıxışına qadağa qoyub. Durmayın, Rusiyaya küsmək üçün "Sadovod" bazarını bağlayın".
Bu kimi mövqelər indi Rusiya mediasında olduqca geniş yayılır və burada Kremlin xeyir-duası şübhə doğurmur. Əslində Rusiyaya xas hücum kampaniyasıdır. Azərbaycana qarşı təzyiq rıçaqlarının nələr olduğunu göstərirlər - diasporlarımızı susdurmaq, bazarları əlimizdən almaq, azərbaycanlıları deport etmək, ən nəhayət, etnik məsələləri qaldıraraq “Donbas ssenarisi” qurmaq...
Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd edib ki, şimal qonşudan həmişə təhdid var və bu gün də davam etməkdədir. Onun sözlərinə görə, Rusiya ənənəvi metodlardan istifadə etməyə başlayıb, bu da gözləniləndir. A.Əlizadə hesab edir ki, Zaqatala və Balakən bölgələrini yada salmaq, hətta bir müddət sonra digər regionlarımızı da xatırlatmaq Kremlin siyasətinə xarakterikdir. Ancaq deputat düşünmür ki, bu çağırışların nəticəsi olacaq: “Rusiya əvvəlki deyil və köhnə metodların işləməsi mümkün görünmür. Azərbaycan xalqı həmrəydir və kənardan istənilən təhdidlərə qarşı birgə olmağı bacarır. Ona görə də Zaqatala və ya Balakənlə bağlı cəfəng çağırışların ayaq tutub yeriməsi mümkün deyil. Üstəlik, Rusiya özünü dünya ilə müharibə vəziyyətinə gətirərək elə bir bataqlığa salıb ki, hazırda aqoniya halında görünməkdədir. Onun Azərbaycana qarşı son hərəkətləri də elə bu qəzəbdən, uğursuzluqdan qaynaqlanır. Əslində bu qlobal savaşda Rusiyanın düşdüyü vəziyyət səbəbindən yalnız Türkiyə və Azərbaycan onun üçün nəfəslik rolu oynayırdı. Amma belə görünür ki, Rusiya isterik vəziyyətdədir və hirsindən artıq bizimlə də münasibətləri pozur. Bir ölkə rəsmiləri desə ki, "Rusiyanın dostu onun ordusudur", bu dövlətin zehniyyəti həmin fikirlə hər kəsə aydın olur".
A.Əlizadə Rusiyanın SSRİ kimi çöküşə qədəm qoyduğu qənaətindədir: “Rusiya Azərbaycanla yaranmış hazırkı gərgin münasibətlərdə özü geri çəkilməlidir və çəkiləcək. Çünki Rusiya hüquq-mühafizə orqanlarının törətdiyi cinayət əməlləri ilə bu gərginlik başlanıb. Bizim tərəfimizdən Rusiyaya qarşı hər hansı qanunsuzluq, qonşuluq prinsiplərinə zidd addım atılmayıb. Necə ki, təyyarəmizi vurublar, hələ də bu məsələdə də tələblərimiz yerinə yetirilməyib, eləcə də Yekaterinburqda törədilən cinayətlə də əlaqədar Moskvadan gözləntilərimiz var. Rusiya hər iki hadisə ilə bağlı addım atmalıdır. Ona görə də gərginliyin səngiməsi üçün ya Kreml başçısı Putin özü geridönüş etməlidir, yaxud cənab Ərdoğan bu məsələdə vasitəçi rol oynaya bilər. Yox, əgər vəziyyət belə davam edəcəksə, o halda, ciddi bir zəifləmə ilə üz-üzə qalan Rusiyanın ziyanına olacaq. Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarıdır, əgər Rusiya geriyə addım atmayacaqsa, o zaman beş qat artığını görəcək”.
Ərdoğan Ağalıdan Ermənistan və İrana mesaj verdi ki..." Oqtay Qasımov
Həmçinin oxuyun
Siyasi ekspert Oqtay Qasımov Rusiyanın Azərbaycanda hər zaman etnik münaqişələr yaratmaqla onu təzyiq altında saxlamağa çalışdığını vurğulayıb: “Bunu 90-cı illərdən də yaxşı xatırlayırıq. Həm Ələkrəm Hümmbətovun əli ilə qondarma "Talış Muğan respublikası" yaratmaqla, həm şimalda “Sadval”ın vasitəsi, o cümlədən Zaqatala-Balakən regionunda “Meşə qardaşları” terror qrupu ilə Azərbaycana təzyiq göstərib. Ancaq onların hamısı zərərsizləşdirilib və bu təhlükələr keçmişdə qalıb. Bu gün Rusiya növbəti cəhdləri edə bilər, amma nəticəsi olmayacaq. 44 günlük müharibədə sözügedən bölgələrdən insanlarımız döyüşdülər, şəhid, qazi oldular, ona görə də hazırda milli həmrəyliyimiz var".
O.Qasımovun sözlərinə görə, Rusiyanın etibarsız tərəfdaş olduğu bir daha sübut edildi: “Son addımlar da Moskva bəyannaməsinə tamamilə ziddir. Biz çox çalışdıq ki, Rusiya ilə əlaqələr yaxşı olsun, sanksiyalara qoşulmadıq, amma onlar bunu dəyərləndirmədi, təyyarəmizi vurdular, soydaşlarımızı öldürdülər, agentura şəbəkəsi ilə üzərimizə gəldilər. Halbuki Moskva deklorasiyasında qeyd edilirdi ki, bir-birinə qarşı ideoloji təbliğat aparmayacaqlar. Amma son hadisələrdə göründü ki, Rusiya "xalqlar həbsxanası"dır və bu dövlətin özündə birləşdirdiyi muxtar qurumlar, mahallar əslində işğal edilib, silah gücünə saxlanıb. Biz də bu iddiaları səsləndirə bilərik. Guya dağıstanlı qardaşlar bizim rayonları geri qaytaracaq, onda biz də deyə bilərik ki, Dərbənd tarixi Azərbaycan torpağıdır".
Ekspertin fikrincə, Rusiyanı qəzəbləndirən Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsidir: “Moskva Paşinyana həddən artıq qəzəblidir ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Rusiya qəzəblidir ki, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Şuşa Bəyannaməsi var, Çinlə və bir sıra ölkələrlə strateji memorandumlar imzalayıb. Rusiya qəzəblidir ki, Zəngəzur dəhlizi onun nəzarətində olmaya bilər. Ona görə Rusiya ənənəvi metodlara əl atmaqdadır. Ancaq onun əvvəlki potensialı qalmayıb və Azərbaycanda “5-ci kolon” kifayət qədər sıradan çıxarılıb. Ən son təzyiq vasitəsi soydaşlarımızdır. Düşünmürəm ki, bu, nəticə verəcək. Azərbaycanın cavab tədbirləri artıq Moskvanı qəzəbləndirir. Yəni Rusiya narahatdır ki, Cənubi Qafqazda təsir imkanları tam əldən çıxa bilər. Sadəcə, anlamalıdırlar ki, bölgədə qalmaq üçün yeganə yol Azərbaycanla münasibətləri normal saxlamaqdır. Üstəlik, Rusiyanın əvvəllər agentura şəbəkəsi çox güclü idi, bu mövqelər də çox zəiflədilib, indi isə bu istiqamətdə addımlar daha da sərtləşdirilməlidir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
00:30 / 13 İyul 2025
Partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır
149
23:49 / 12 İyul 2025
Çimərliyə gedən yolda "Range Rover" aşdı - 2 yaralı var - FOTO
136
23:14 / 12 İyul 2025
Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar - FOTO
86
22:19 / 12 İyul 2025
14 yaşlı oğlan su arxında boğulub öldü
82
22:15 / 12 İyul 2025
Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı
578
21:06 / 12 İyul 2025
Dizel və benzinlə bağlı yenlik
94
20:49 / 12 İyul 2025
Məktəblilərə dron uçurmağı öyrədəcəklər
173
20:36 / 12 İyul 2025
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
152
20:22 / 12 İyul 2025
Tehranda güclü partlayış - FOTO
184
19:46 / 12 İyul 2025
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
105
19:25 / 12 İyul 2025
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.
181
18:20 / 12 İyul 2025
Xanımı Ərdoğanı qucaqlayıb ağladı - Video
256
17:52 / 12 İyul 2025
Prezident Əl Şaraa ilə görüşdü - Fotolar+Yenilənib
214
16:58 / 12 İyul 2025
Məşhur aktyorun malikanəsində yanğın olub.
128
16:38 / 12 İyul 2025
Dönərçi bıçaqlandı
285
16:33 / 12 İyul 2025
Azərbaycanda ailə FACİƏSİ: ölən var
155
15:30 / 12 İyul 2025
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
476
14:40 / 12 İyul 2025
Netanyahu Trampa xəbərdarlıq etdi: İsrail hazırdır
173
14:26 / 12 İyul 2025
Kanalizasiya xəttinə düşüb faciəvi şəkildə ölən Cümşüdün məzarından VİDEO
711
14:21 / 12 İyul 2025
Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO
584
14:10 / 12 İyul 2025
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
226
12:59 / 12 İyul 2025
50 nəfər saxlanılıb
709
12:53 / 12 İyul 2025
Suriya Prezidenti Azərbaycana rəsmi səfər edəcək
173
12:37 / 12 İyul 2025
Mətbuat Şurası bəyanat yaydı
174
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.