Ebola bu ölkəyə də çatdı
21 Oktyabr 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
405
04.07.2025, 10:38
Tramp administrasiyasının Zəngəzur dəhlizinə nəzarət və yük tranzitinin monitorinqi funksiyasının amerikalı şirkətə verilməsini nəzərdə tutan planı barədə xəbər saytlarda geniş yayılıb. Vaşinqtondakı adı çəkilməyən mənbənin bildirdiyinə görə, bu təşəbbüs Rusiyanı həm danışıqlar prosesindən, həm də dəhlizin icrasından tamamilə kənarda qoymaq məqsədi daşıyır. Mənbəyə istinadən yayılan xəbərdə Vaşinqtonun təşəbbüsünün Azərbaycan və Ermənistan üçün daha bir faydası belə təqdim olunub: “ABŞ-ın iştirakı Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatı tələblərini qarşılayır və Ermənistanın dəhliz üzərində suverenliyini qoruyur”.
Oxu24.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O xatırladıb ki, Ağ Evdən və Dövlət Departametindən yayılan xəbərlə bağlı şərh verilməyib:
“Ancaq böyük ehtimalla Vaşinqton adı çəkilməyən mənbənin yaydığı xəbər vasitəsilə Azərbaycanın, Ermənistanın, Türkiyənin və Rusiyanın nəbzini yoxlayır. Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Eyni zamanda ABŞ-ın da Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur. Söhbət qısa məsafədən gedir və Zəngəzur dəhlizini Azərbaycan və Ermənistan daxili resursları hesabına inşa edə bilərlər. Digər tərəfdən dəhlizlə daşınacaq əsas yüklərin sahibi Çin də ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsini istəməz. ABŞ-ın dəhlizə nəzarət etməsi halında Çin öz mallarının daşınmasında bu marşruta üstünlük verməyəcək. Türkiyə də Çinlə eyni mövqedə olar.
Bir sözlə, Rusiyanın, ABŞ-ın və ya AB-nin Zəngəzur dəhlizinə nəzarət etməsi bölgə ölkələrinin maraqlarına cavab vermir”.
16:51 / 21 Oktyabr 2026
1
16:41 / 21 Oktyabr 2026
70
16:38 / 21 Oktyabr 2026
35
16:35 / 21 Oktyabr 2026
35
16:33 / 21 Oktyabr 2026
38
16:31 / 21 Oktyabr 2026
42
16:27 / 21 Oktyabr 2026
46
16:20 / 21 Oktyabr 2026
48
16:15 / 21 Oktyabr 2026
287
16:11 / 21 Oktyabr 2026
52
16:09 / 21 Oktyabr 2026
48
15:55 / 21 Oktyabr 2026
51
15:20 / 21 Oktyabr 2026
64
15:15 / 21 Oktyabr 2026
62
15:05 / 21 Oktyabr 2026
80
14:50 / 21 Oktyabr 2026
80
14:45 / 21 Oktyabr 2026
103
14:45 / 21 Oktyabr 2026
75
14:33 / 21 Oktyabr 2026
242
14:31 / 21 Oktyabr 2026
184
14:22 / 21 Oktyabr 2026
288
14:20 / 21 Oktyabr 2026
87
14:08 / 21 Oktyabr 2026
441
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.