Rusiya rəsmilərinin Azərbaycana qarşı açıqlamaları hüquqi məsuliyyət yaradır - RƏY
17 Avqust 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2922
04.07.2025, 10:39
Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezident katibliyinin rəhbəri təyin edilən Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olunub.
Oxu24.com xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin marketinq direktoru Ləman Ağayeva Fərid Əsgərov barəsində paylaşım edib.
O, paylaşımda Fərid Əsgərovun xarakteri ilə bağlı bəzi məqamları açıqlayıb: pizza mizza
“Fərid Əsgərovla ilk dəfə 2007-ci ildə Gimnastika Federasiyasında çalışdığım dövrdə tanış olmuşam. O vaxtdan bu günə qədər onu yalnız bir cür tanımışam — vicdanlı, zəhmətkeş, səmimi və dostlarına son dərəcə bağlı insan kimi. Fərid hər zaman ailəsinə – anasına, övladlarına, bacı-qardaşına qarşı böyük qayğı və məsuliyyət hissi ilə yanaşan bir insan olub. Kənardan baxanda bəlkə də hər şey asan görünə bilər, amma onun peşəkar fəaliyyəti və gündəlik həyatdakı zəhməti heç də asan deyil. Hər zaman işinə ürəyini qoyub, nə iş görürsə, səviyyəli, zövqlü və məsuliyyətlə yerinə yetirir.
Ən çox da Fəridi fərqləndirən bir cəhət var — o, dostluğa sadiq bir insandır. Elə vəziyyətlər olur ki, insanlar imkan və vəzifə sahibi olduqdan sonra dəyişirlər, ətrafına yadlaşırlar. Amma Fərid hər zaman dostlarının, yaxınlarının yanında olub, çətin günlərdə onların yanında dayanmağı bacarıb.
Onun əsl insanlıq nümunəsi olduğunu göstərən çoxlu misallar var. Məsələn, dünya və Avropa çempionu Rafael Ağayevin anasının müalicəyə ehtiyacı olduğu çətin bir zamanda, Fərid bütün qəlbi ilə yardım üçün əlindən gələni edib, məsələni şəxsən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdırıb. Mehriban xanım da özünəməxsus mərhəmət və diqqətlə bu məsələyə dərhal reaksiya verib və dəstək göstərib.
Fəridin xarakterini tanıyan biri kimi əminəm – başladığı bu yeni yolda da o, hər zaman olduğu kimi işinə ürəyini qoyacaq, insanlara fayda verməyə çalışacaq və ən yüksək nəticələrə nail olacaq.
Uğurlar sənə, Fərid! Allah hər zaman köməyin və yanında olsun!”, - Ləman Ağayeva bildirib. (Yenisabah)
23:40 / 17 Avqust 2026
1
23:28 / 17 Avqust 2026
17
23:13 / 17 Avqust 2026
40
23:00 / 17 Avqust 2026
46
22:22 / 17 Avqust 2026
53
21:56 / 17 Avqust 2026
67
21:49 / 17 Avqust 2026
83
21:43 / 17 Avqust 2026
74
21:33 / 17 Avqust 2026
93
20:56 / 17 Avqust 2026
99
20:26 / 17 Avqust 2026
72
20:14 / 17 Avqust 2026
139
19:48 / 17 Avqust 2026
90
19:35 / 17 Avqust 2026
75
19:24 / 17 Avqust 2026
92
19:10 / 17 Avqust 2026
103
18:58 / 17 Avqust 2026
87
18:51 / 17 Avqust 2026
94
18:45 / 17 Avqust 2026
303
18:36 / 17 Avqust 2026
75
18:30 / 17 Avqust 2026
401
18:23 / 17 Avqust 2026
463
18:10 / 17 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.