Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək
06 Oktyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
285
03.07.2025, 21:16
İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ölkədə qalan müfəttişlərini yaxın vaxtlarda ölkədən çıxarmağı planlaşdırır.
Oxu24.com İranın SNN telekanalına istinadən xəbər verir ki, bunu iranlı deputat Əmir-Hüseyn Səbati deyib.
"Parlament üzvlərinin apardığı araşdırma sayəsində İranda qalan MAQATE casusları tezliklə ölkədən çıxarılacaq", - Səbati bildirib.
SNN qeyd edir ki, bu bəyanat İranda bəzi agentlik müfəttişlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlardan sonra verilib və böyük ehtimalla, yaxın vaxtlarda MAQATE əməkdaşlarının ölkədən çıxarılması üçün əməli addımlar atılacaq.
İyunun 26-da İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf İslam Respublikası ilə MAQATE arasında əməkdaşlığı dayandıran qanunun rəsmi dərcini elan edib. O qeyd edib ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin olunmayana qədər agentliklə əməkdaşlığın davam etdirilməsi mümkün deyil.
Sənədə əsasən, nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər müşahidə kameralarının quraşdırılması, yoxlama icazəsi və MAQATE-yə hesabat verilməsi dayandırılır. Həmin gün MAQATE-nin baş direktoru Rafael Qrossi İranda yoxlamaların tezliklə bərpasına çağırıb və qeyd edib ki, onların həyata keçirilməsi təhlükəli olacaq, çünki obyektlərdə partlamamış hərbi sursatlar qala bilər.
Bundan əvvəl Tramp İranın nüvə obyektində İsrail agentlərinin olduğunu bildirmişdi.
Nigar
16:47 / 06 Oktyabr 2026
8
16:40 / 06 Oktyabr 2026
23
16:32 / 06 Oktyabr 2026
66
16:28 / 06 Oktyabr 2026
91
16:25 / 06 Oktyabr 2026
36
16:15 / 06 Oktyabr 2026
44
16:09 / 06 Oktyabr 2026
500
16:07 / 06 Oktyabr 2026
46
15:57 / 06 Oktyabr 2026
56
15:50 / 06 Oktyabr 2026
65
15:44 / 06 Oktyabr 2026
77
15:39 / 06 Oktyabr 2026
71
15:20 / 06 Oktyabr 2026
144
15:19 / 06 Oktyabr 2026
101
15:16 / 06 Oktyabr 2026
191
15:05 / 06 Oktyabr 2026
76
15:00 / 06 Oktyabr 2026
72
14:34 / 06 Oktyabr 2026
76
14:24 / 06 Oktyabr 2026
143
14:18 / 06 Oktyabr 2026
6990
14:14 / 06 Oktyabr 2026
71
14:10 / 06 Oktyabr 2026
86
14:05 / 06 Oktyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.