Kolleclər və texnikumlar bağlanır? – MÜHÜM AÇIQLAMA
21 Oktyabr 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
549
04.07.2025, 10:49
Qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət
Fövqəladə Hallar Nazirliyi qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.
Oxu24.com-un xəbərinə görə, müraciətdə deyilir:
"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.
Belə ki, yalnız son 2 həftə ərzində bu kimi qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.
Təhlükə yaradan hallar
Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
FHN nələri tövsiyə edir?
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə olunmamasına çağırır."
16:51 / 21 Oktyabr 2026
1
16:41 / 21 Oktyabr 2026
70
16:38 / 21 Oktyabr 2026
35
16:35 / 21 Oktyabr 2026
35
16:33 / 21 Oktyabr 2026
38
16:31 / 21 Oktyabr 2026
42
16:27 / 21 Oktyabr 2026
46
16:20 / 21 Oktyabr 2026
48
16:15 / 21 Oktyabr 2026
287
16:11 / 21 Oktyabr 2026
52
16:09 / 21 Oktyabr 2026
48
15:55 / 21 Oktyabr 2026
51
15:20 / 21 Oktyabr 2026
64
15:15 / 21 Oktyabr 2026
62
15:05 / 21 Oktyabr 2026
80
14:50 / 21 Oktyabr 2026
80
14:45 / 21 Oktyabr 2026
103
14:45 / 21 Oktyabr 2026
75
14:33 / 21 Oktyabr 2026
242
14:31 / 21 Oktyabr 2026
184
14:22 / 21 Oktyabr 2026
288
14:20 / 21 Oktyabr 2026
87
14:08 / 21 Oktyabr 2026
441
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.