NATO üçün xüsusi limuzinlər hazırlandı - Foto
06 İyul 2026, 18:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
85
06.07.2026, 17:08
Rusiyada sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər ərəfəsində hakimiyyətə yaxın müxalifət sayılan Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) daxilində Ukrayna müharibəsinə münasibətlə bağlı ciddi fikir ayrılığı yaranıb.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Novaya Qazeta” geniş araşdırma dərc edib.
RFKP parlamentdə təmsil olunan partiyalar arasında Dövlət Dumasına namizədlər siyahısını ilk təqdim edən siyasi qüvvə olub. Partiya eyni zamanda "Qələbə Proqramı" adlı seçki platformasını təsdiqləyib. Proqramda "faşist tör-töküntülərinin darmadağın edilməsi" üçün iqtisadiyyatın daha sərt dövlət nəzarətinə keçirilməsi təklif olunur. Bununla belə, partiyanın sıravi üzvləri müharibəyə dəstək məsələsində elə də fəallıq göstərmirlər. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, RFKP üzvü Vyaçeslav Marxayevin "xüsusi hərbi əməliyyatın başa çatdırılması üçün ictimai plana ehtiyac var" çağırışı partiya daxilində çoxları tərəfindən dəstəklənir.
Hər halda, RFKP-də seçkilərdə qələbə barədə ciddi düşünən yoxdur. Partiyanın əsas məqsədi Dövlət Dumasında ikinci siyasi qüvvə statusunu qoruyub saxlamaqdır. Bununla yanaşı, partiya daxilində bunun hansı yolla əldə olunması barədə fərqli mövqelər mövcuddur. Bir qrup hesab edir ki, bunun üçün hakim "Vahid Rusiya" Partiyasına qarşı sərt mübarizə aparmaq lazımdır, digərləri isə əksinə, daha ehtiyatlı davranmağın tərəfdarıdır. "Vetər" nəşri Dövlət Dumasına seçkilər ərəfəsində Rusiyanın ən böyük parlament müxalifəti sayılan RFKP-də hökm sürən əhval-ruhiyyəni təsvir edir.
Hər kəsə özünə görə "xüsusi hərbi əməliyyat"
RFKP-nin seçki proqramı "Qələbə Proqramı: Sağ qalmaqdan inkişafa və ədalətə doğru" adlanır. Burada söhbət, o cümlədən davam edən müharibədə qələbədən gedir. "Qələbə Proqramı"nda RFKP dövlət büdcəsinin gəlirlərini 32 trilyon rubl artıracağını vəd etsə də, bunun hansı mexanizmlə həyata keçiriləcəyini ətraflı izah etmir. Partiya sədri Gennadi Zuqanov isə qurultaydakı çıxışı zamanı büdcə problemlərinin həlli üçün rusiyalıların bank əmanətlərinin müsadirə edilməsini təklif etməklə qalmaqal yaradıb. Sonradan RFKP rəhbərliyi onun sözlərinin təhrif olunduğunu bildirib. Bununla belə, proqramın öz mətnində "xüsusi hərbi əməliyyat", "Ukrayna" və hətta "müharibə" sözləri bir dəfə də olsun işlədilmir. Əksinə, sənəddə Rusiyanın sosializmə "dinc və demokratik yolla" keçidindən bəhs olunur.
Moskva Dövlət Universitetinin Təşəbbüs Qrupunun fəalı və 2021-ci ildə RFKP-nin Dövlət Dumasına namizədi olmuş Mixail Lobanova görə, partiyada Ukrayna müharibəsinə münasibətdə fikir ayrılığı hələ 2022-ci ildən mövcuddur.
Onun fikrincə, işğalın ilk günlərində RFKP rəhbərliyi dərhal Kremli dəstəkləsə də, partiyanın bir sıra yerli təşkilatları tam əks mövqe tutaraq rəhbərliyə bununla bağlı qeyri-ictimai bəyanatlar göndəriblər. Lakin müharibəyə qarşı açıq şəkildə çıxış edən kommunist deputatların sayı cəmi bir neçə nəfər olub. Onların bir hissəsi sonradan "xarici agent" elan edilib, digərləri isə ölkəni tərk etməyə məcbur qalıblar. Belələri arasında Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupin, Perm Şəhər Dumasının deputatı Sergey Medvedev və Vladivostok Şəhər Dumasının deputatı Viktor Kamenşçikov göstərilir. İyunun əvvəlində Dövlət Dumasının RFKP-dən olan deputatı Vyaçeslav Marxayevin Telegram kanalında paylaşdığı yazı geniş rezonans doğurub. O, hakimiyyətdən "Rusiyanın milli maraqlarına uyğun olaraq xüsusi hərbi əməliyyatın başa çatdırılması üçün aydın və ictimai plan təqdim etməyi" tələb edib. Marxayevin bu bəyanatı partiya daxilində çoxları tərəfindən dəstəklənib. Lakin o, bu dəstəyin miqyası barədə konkret fikir söyləməyə çətinlik çəkib. Moskva Şəhər Dumasının keçmiş RFKP deputatı Yevgeni Stupinin sözlərinə görə isə, Marxayev bu addımı "demək olar ki, mütləq" partiya sədri Gennadi Züqanov ilə razılaşdırıb.
"Novaya qazeta Avropa" nəşrinin hesablamalarına görə, RFKP Dövlət Dumasına seçkilərdə cəmi 21 "xüsusi hərbi əməliyyat" iştirakçısını namizəd göstərib. Hakim "Vahid Rusiya" Partiyasında isə bu göstərici təxminən iki dəfə yüksəkdir.
Qırmızılar arasında liberallar
Partiya internet məhdudiyyətlərinə qarşı açıq çıxışlar etməklə də reytinq qazanmağa çalışır. Zuqanovun rəhbərlik etdiyi RFKP məhkəmə qərarı olmadan tətbiq edilən bloklamaların dayandırılmasını tələb edir, təhlükəsiz və əlçatan interneti "vətəndaşların əsas tələbatı və ayrılmaz hüququ" adlandırır. Maraqlıdır ki, kommunistlər internet resurslarının bloklanmasına həddindən artıq aludə olmuş hakimiyyəti "Rusiya vətəndaşlarının oxumasına, işləməsinə və ünsiyyət saxlamasına mane olmamağa" çağırırlar. RFKP bloklamalara qarşı kampaniya üçün ayrıca internet saytı yaradıb və burada internet məhdudiyyətlərinə qarşı imza toplayır. Bundan başqa, kommunistlər Rusiyanın bir çox regionlarında internet bloklamalarına qarşı keçirilən real etiraz aksiyalarında iştirak ediblər. Belə aksiyalar, o cümlədən Penza, Krasnodar və Barnaul şəhərlərində baş tutub.
RFKP deputatları həmçinin Dövlət Duması adından Rəqəmsal İnkişaf Nazirliyinə Telegram messencerinin bloklanmasının "effektivliyi və məqsədəuyğunluğu" barədə rəsmi sorğu göndərilməsini təklif ediblər. Lakin parlament çoxluq səsilə bu təşəbbüsü dəstəkləməyib. Yaz aylarında və yayın ilk yarısında Rusiyada keçirilən rəsmi sorğular RFKP-yə Dövlət Dumasına seçkilərdə cəmi 10–15 faiz səs vəd edib. Belə vəziyyətdə partiyanın ikinci yeri qoruyacağına zəmanət yoxdur. Dövlət Dumasına seçkilərdə ikinci yeri Rusiya Liberal Demokrat Partiyası (LDPR) və ya internet və digər qadağalara qarşı daha ardıcıl çıxış edən "Yeni İnsanlar" Partiyası da tuta bilər. Züqanov kommunistlərin əbədi və dəyişməz lideridir. Qeyd olunur ki, RFKP artıq öz internet səhifəsində Dövlət Dumasına namizədlərin siyahısını dərc edib. Siyahıya həmişə olduğu kimi 82 yaşlı Gennadi Züqanov başçılıq edir. İkinci yerdə isə ondan xeyli gənc olan 38 yaşlı Valentin Konovalov qərarlaşıb. O, Xakasiya Respublikasının rəhbəridir və 2018-ci ildə hakim "Vahid Rusiya" Partiyasının namizədini rəqabətli seçkidə məğlub edərək region rəhbəri seçilməsi ilə tanınır. Hazırda RFKP nümayəndələri Xakasiya, Oryol və Ulyanovsk vilayətlərində də qubernator vəzifəsini tuturlar. Lakin partiya, böyük ehtimalla, bu postlardan birini itirəcək. Belə ki, Prezident Administrasiyası Xakasiyanı RFKP-nin nəzarətindən çıxarmaq istəyir. Siyahıda üçüncü yeri 49 yaşlı Yuri Afonin tutur. O, dörd çağırış Dövlət Dumasının deputatı, RFKP komsomolunun keçmiş rəhbəri, 2021-ci ildən isə Züqanovun birinci müavinidir.
Afonin partiyanın ən tanınmış simalarından olmasa da, onu Gennadi Züqanovun mümkün varisi hesab edirlər. Siyahının regional hissəsində ilk dəfə federal seçkilərdə RFKP liderinin 37 yaşlı nəvəsi Leonid Züqanov da mübarizə aparacaq. O, uzun illər Moskva Şəhər Dumasının deputatı olub. Dövlət Dumasına seçkilərdə isə Moskva regional qrupunda 15 namizəd arasında dördüncü sırada yer alıb. Gözlənilməz məqamlardan biri keçmiş Saratov Vilayət Dumasının deputatı, iki milyon abunəçisi olan "YouTube" bloqeri Nikolay Bondarenkonun seçki siyahısında keçid şansı yüksək olan yerdə qərarlaşdırılması olub. O, Udmurtiya və Perm diyarını birləşdirən regional qrupun siyahısına başçılıq edir.
Bondarenko müharibə barədə açıq mövqe bildirməsə də, digər məsələlərdə hökuməti və hakim "Vahid Rusiya" Partiyasını kifayət qədər sərt tənqid edir. Siyahıda diqqət çəkən digər simalardan biri də RFKP-dən Novosibirskin keçmiş meri Anatoli Lokotdur. O, Kemerovo və Novosibirsk vilayətləri üzrə regional qrupa rəhbərlik edir. Bunun əksinə olaraq, uzun illər Təhsil və Elm Komitəsində fəaliyyəti ilə tanınan RFKP deputatı Oleq Smolin öz regional siyahısında yalnız üçüncü yerə salınıb.
Partiyanın veteranlarından biri isə bu dəfə siyahıya ümumiyyətlə daxil edilməyib. Söhbət 1999–2022-ci illərdə Dövlət Dumasının deputatı, Moskva şəhər komitəsinin keçmiş birinci katibi Valeri Raşkindən gedir. Raşkin uzun illər liberal müxalifətlə əməkdaşlıq edib və hətta Ukrayna müharibəsini səhv hesab etdiyini eyham vurub. O, 2022-ci ildə təbiəti mühafizə qaydalarını pozaraq qanunsuz maral ovunda iştirak etməsi ilə bağlı cinayət işi səbəbindən deputat mandatından məhrum edilib.
18:58 / 06 İyul 2026
7
18:57 / 06 İyul 2026
1
18:44 / 06 İyul 2026
13
18:44 / 06 İyul 2026
34
18:36 / 06 İyul 2026
50
18:32 / 06 İyul 2026
51
18:20 / 06 İyul 2026
441
18:01 / 06 İyul 2026
50
17:43 / 06 İyul 2026
66
17:36 / 06 İyul 2026
62
17:28 / 06 İyul 2026
71
17:20 / 06 İyul 2026
93
17:13 / 06 İyul 2026
76
17:08 / 06 İyul 2026
75
16:56 / 06 İyul 2026
83
16:54 / 06 İyul 2026
112
16:46 / 06 İyul 2026
76
16:27 / 06 İyul 2026
460
16:21 / 06 İyul 2026
611
16:19 / 06 İyul 2026
87
16:08 / 06 İyul 2026
91
16:02 / 06 İyul 2026
77
15:56 / 06 İyul 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.