Bu 5 növ balıqdan yeyin - Həkim siyahını AÇIQLADI
24 Sentyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
516
06.07.2026, 17:36
“Pasiyentlərimizin bizə ən çox ünvanladıqları suallardan biri arterial təzyiqin normal göstəricilərinin hansı olması ilə bağlıdır. İnsanlar bəzən təzyiqin nə zaman təhlükəli həddə çatdığını, hansı göstəricilərin normal hesab edildiyini dəqiq bilmirlər. Halbuki, bu məlumat hər bir vətəndaş üçün həyati əhəmiyyət daşıyır”.
Bu fikirləri həkim-kardioloq Afaq Qəhrəmanova Oxu24.com-a açıqlamasında səsləndirib.
Həkimin sözlərinə görə, arterial təzyiq iki əsas göstəricidən – sistolik və diastolik təzyiqdən ibarətdir:“Xalq arasında ‘yuxarı təzyiq’ kimi tanınan sistolik göstərici ürəyin yığıldığı zaman damarlarda yaranan təzyiqi ifadə edir. ‘Aşağı təzyiq’ adlandırılan diastolik göstərici isə ürəyin boşaldığı, istirahət etdiyi anlarda ölçülən təzyiqdir. Ümumiyyətlə, sistolik təzyiqin 140 mm civə sütununa, diastolik təzyiqin isə 90 mm civə sütununa qədər olması normal hədd hesab edilir. Lakin ideal göstəricilər 110/70 və ya 120/80-dir”.
A.Qəhrəmanova bildirib ki, 130/90 göstəricisi hələ tam mənada hipertoniya xəstəliyi sayılmasa da, artıq risk siqnalı kimi qiymətləndirilməlidir:“Əgər arterial təzyiq 140/90 və ya bundan yuxarıdırsa, artıq hipertoniyanın başlanğıc mərhələsindən danışmaq mümkündür. Bu zaman insan mütləq həkimə müraciət etməli, həyat tərzində dəyişikliklər etməli və zəruri müayinələrdən keçməlidir. Təəssüf ki, bir çox insanlar yüksək təzyiqin təhlükəsini yalnız ciddi fəsadlar yarandıqdan sonra anlayırlar”.
Kardioloq qeyd edib ki, arterial hipertenziya təsadüfən “səssiz qatil” adlandırılmır:“Bəzi pasiyentlər deyirlər ki, ‘Doktor, mənim təzyiqim 150-160 olur, amma heç nə hiss etmirəm’. Hətta elələri var ki, 180-200 mm civə sütununa qədər yüksələn təzyiqdən belə xəbərsiz qalırlar. İnsanlar bunu bəzən sağlamlıq əlaməti kimi qəbul edirlər. Halbuki vəziyyət tam əksinədir. Təzyiqi hiss etməmək o deməkdir ki, orqanizm artıq həmin yüksək göstəricilərə uyğunlaşıb və xəstəlik uzun müddətdir davam edir”.
Onun sözlərinə görə, yüksək arterial təzyiq vaxtında nəzarət altına alınmadıqda ciddi fəsadlara səbəb ola bilər:“Yüksək təzyiq ilk növbədə damar sisteminə zərər vurur. Damarların elastikliyi azalır, divarları zədələnir və nəticədə insult, infarkt, ürək çatışmazlığı kimi ağır xəstəliklərin yaranma riski artır. Eyni zamanda böyrəklər, göz dibi damarları və beyin də yüksək təzyiqdən ən çox zərər görən orqanlar sırasındadır”.
Həkim vurğulayıb ki, arterial təzyiq yalnız narahatlıq hiss ediləndə deyil, mütəmadi olaraq ölçülməlidir:“Bir çox insanlar baş ağrısı, başgicəllənmə və ya halsızlıq olmadıqda təzyiqlərinin normal olduğunu düşünürlər. Lakin hipertoniya hər zaman əlamətlərlə müşayiət olunmur. Xüsusilə 40 yaşdan yuxarı şəxslər, artıq çəkisi olan insanlar, şəkərli diabet xəstələri və ailəsində hipertoniya olan şəxslər təzyiqlərini müntəzəm yoxlamalıdırlar”.
A.Qəhrəmanovanın fikrincə, sağlam həyat tərzi yüksək təzyiqin qarşısının alınmasında əsas rol oynayır:“Duzdan həddindən artıq istifadə etməmək, siqaret və alkoqoldan uzaq durmaq, fiziki aktivliyi artırmaq, stressi idarə etmək və düzgün qidalanmaq hipertoniya riskini əhəmiyyətli dərəcədə azaldır. Bununla yanaşı, həkimin təyin etdiyi dərmanları müntəzəm qəbul etmək də vacibdir. Təzyiq dərmanlarını özbaşına dayandırmaq və ya yalnız təzyiq yüksələndə qəbul etmək düzgün yanaşma deyil”.
Kardioloq sonda vətəndaşlara müraciət edərək bildirib:“Yüksək təzyiqi hiss etməmək təhlükənin olmadığı anlamına gəlmir. Əksinə, bu, xəstəliyin artıq uzun müddətdir davam etdiyini və orqanizmin ona uyğunlaşdığını göstərə bilər. Hipertoniya vaxtında aşkar edilərsə, onun yaratdığı ağır nəticələrin qarşısını almaq mümkündür. Sağlamlığımızı qorumağın ən doğru yolu profilaktik müayinələrdən keçmək və sağlam həyat tərzinə əməl etməkdir.”
Turan
14:25 / 25 Sentyabr 2026
10
14:22 / 25 Sentyabr 2026
9
14:15 / 25 Sentyabr 2026
20
14:05 / 25 Sentyabr 2026
22
13:58 / 25 Sentyabr 2026
179
13:50 / 25 Sentyabr 2026
44
13:30 / 25 Sentyabr 2026
112
13:26 / 25 Sentyabr 2026
54
13:25 / 25 Sentyabr 2026
52
13:23 / 25 Sentyabr 2026
47
13:19 / 25 Sentyabr 2026
50
13:10 / 25 Sentyabr 2026
48
13:05 / 25 Sentyabr 2026
48
13:00 / 25 Sentyabr 2026
50
12:51 / 25 Sentyabr 2026
240
12:49 / 25 Sentyabr 2026
279
12:48 / 25 Sentyabr 2026
64
12:41 / 25 Sentyabr 2026
64
12:24 / 25 Sentyabr 2026
554
12:20 / 25 Sentyabr 2026
66
12:17 / 25 Sentyabr 2026
58
12:15 / 25 Sentyabr 2026
140
12:11 / 25 Sentyabr 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.