Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz
15 Avqust 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
06.07.2026, 17:13
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü müxtəlif dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək bir neçə nəfəri aldatmaqla külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində hökm elan olunub.
Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs S.Ə. zərərçəkənlərin etibarını qazanmaq üçün müxtəlif vaxtlarda özünü Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin əməkdaşı kimi təqdim edib. O, cinayət işləri üzrə köməklik göstərəcəyi, məhkumun cəzasının azaldılmasına və ya bəraət almasına nail olacağı, dövlət qurumlarında işə düzəldəcəyi, pensiyanın bərpasını təmin edəcəyi, eləcə də hava limanında işlə təmin edəcəyi barədə yalan vədlər verərək müxtəlif məbləğlərdə pul alıb.
İş materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkənlərdən birindən xaricdə axtarışda olan şəxsin Azərbaycana gətirilməsi və dəymiş ziyanın ödənilməsinə köməklik edəcəyi adı ilə 3 min manat, digər zərərçəkəndən oğlunun Ali Məhkəmədə bəraət alaraq azadlığa buraxılacağı vədi ilə ümumilikdə 130 min manat alaraq mənimsəyib.
Bundan başqa, o, bir nəfərin dayandırılmış əlillik pensiyasının bərpası üçün 6 min manat, başqa bir şəxsin həyat yoldaşını Bakı Hava Limanında işə düzəldəcəyi adı ilə 1 500 manat, daha iki nəfərdən isə dövlət qurumunda işlə təmin olunacaqları vədi ilə ümumilikdə 8 040 manat alıb.
Həmçinin təqsirləndirilən şəxs özünü Ali Məhkəmənin əməkdaşı kimi təqdim edərək başqa bir zərərçəkmişə oğlunun cəzasının azaldılmasına kömək edəcəyini bildirib və bu məqsədlə 5 800 manat pul vəsaitini ələ keçirib.
Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə külli miqdarda dələduzluq kimi qiymətləndirib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, əvvəllər ona tətbiq olunmuş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunub və əvvəlki cəzanın çəkilməmiş hissəsi yeni cəzaya qismən birləşdirilib. Nəticədə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İbtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət cəzadan çıxıldığından, məhkumun üzərində qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
23:29 / 15 Avqust 2026
68
23:27 / 15 Avqust 2026
58
22:53 / 15 Avqust 2026
81
22:35 / 15 Avqust 2026
73
22:24 / 15 Avqust 2026
84
21:57 / 15 Avqust 2026
80
21:37 / 15 Avqust 2026
243
21:35 / 15 Avqust 2026
123
21:30 / 15 Avqust 2026
1569
21:24 / 15 Avqust 2026
87
21:24 / 15 Avqust 2026
63
21:17 / 15 Avqust 2026
83
21:17 / 15 Avqust 2026
399
21:16 / 15 Avqust 2026
398
20:34 / 15 Avqust 2026
77
20:06 / 15 Avqust 2026
112
19:44 / 15 Avqust 2026
86
19:31 / 15 Avqust 2026
93
19:29 / 15 Avqust 2026
85
19:17 / 15 Avqust 2026
99
19:04 / 15 Avqust 2026
80
18:42 / 15 Avqust 2026
90
18:30 / 15 Avqust 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.