Rusiyada dəhşət: Prokurorlar qətlə yetirildi
10 Noyabr 2026, 01:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1488
06.07.2026, 18:58
Bakı şəhəri, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevi bıçaqlayan şəxs həbs edilib.
Oxu24.com xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2002-ci ildə Yevlax rayonunda anadan olmuş Hüseynzadə Ramin Əlisahib oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.
Ramin Hüseynzadə Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevə bıçaqlı hücum etməkdə təqsirli bilinib. O, özü ilə gətirdiyi mətbəx bıçağından silah qismində istifadə edərək bələdiyyə sədrinə qarın və sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bundan başqa, yumruq zərbəsi ilə Elşad Vəliyevin sol göz nahiyəsinə vuraraq sol gözaltı nahiyədə dərialtı hematoma və sol göz almasına qansızma ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirib.
Məhkəmə materiallarından məlum olub ki, Ramin Hüseynzadə bir müddət Elşad Vəliyevin ailəsinə məxsus restoranda ofisiant işləyib. Həmin dövrdə o, qanunsuz olaraq qaraja daxil olub, bələdiyyə sədrinə məxsus avtomobilin şüşələrini sındırıb. Hadisədən sonra Elşad Vəliyev onu bağışlasa da, işdən çıxarıb.
Bundan sonra Ramin Hüseynzadə Elşad Vəliyevdən qisas almaq məqsədilə, sonuncu Naxçıvanda olduğu dövrdə təxminən bir ay ərzində onun yaşadığı evin yaxınlığında gözləyib. Bələdiyyə sədrini gördükdə isə ona bıçaqla hücum edib və "Gör səni indi necə öldürürəm, məhv edirəm" kimi ifadələr səsləndirib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini deyib. İfadəsində göstərib ki, Elşad Vəliyevlə münasibətləri restoranda ofisiant işlədiyi dövrdə pozulub. İşdən çıxarıldıqdan sonra psixoloji gərginlik yaşadığını, yuxularının pozulduğunu və kiminsə onu izlədiyini düşündüyünü bildirib. Onun sözlərinə görə, bu məsələlərə aydınlıq gətirmək üçün zərərçəkmişin yaşadığı evin yaxınlığına gedib. Həmin vaxt Elşad Vəliyevlə qarşılaşıb, aralarında mübahisə yaranıb və o, bıçaqla 2-3 dəfə zərbə endirib.
Məhkəmənin hökmü ilə Ramin Hüseynzadə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.