Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
05 Sentyabr 2026, 02:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1054
06.07.2026, 11:22
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir.
Bu barədə Oxu24.com-a cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin - zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir:
"Hadisənin ictimai əhəmiyyəti, habelə zərərçəkmişin Azərbaycan Respublikasının vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hərtərəfli hüquqi yardımın və digər zəruri dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha bildirir ki, Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, habelə digər qanunla qorunan hüquq və mənafelərinə qarşı törədilən cinayət əməllərinə münasibətdə prinsipial mövqe tutur və belə halların ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq onların hüquq və qanuni mənafelərinin müdafiəsini daim diqqət mərkəzində saxlayır.
Bu məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanları ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi yardımın göstərilməsi, cinayətlərin tam və obyektiv araşdırılmasına dəstək verilməsi istiqamətində zəruri tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir".
02:49 / 05 Sentyabr 2026
105
02:36 / 05 Sentyabr 2026
48
02:34 / 05 Sentyabr 2026
53
02:23 / 05 Sentyabr 2026
53
23:46 / 04 Sentyabr 2026
38
23:20 / 04 Sentyabr 2026
63
23:00 / 04 Sentyabr 2026
71
22:39 / 04 Sentyabr 2026
70
22:35 / 04 Sentyabr 2026
80
22:23 / 04 Sentyabr 2026
92
21:59 / 04 Sentyabr 2026
73
21:41 / 04 Sentyabr 2026
67
21:24 / 04 Sentyabr 2026
75
21:19 / 04 Sentyabr 2026
200
21:04 / 04 Sentyabr 2026
91
20:59 / 04 Sentyabr 2026
74
20:29 / 04 Sentyabr 2026
89
20:12 / 04 Sentyabr 2026
219
19:55 / 04 Sentyabr 2026
121
19:52 / 04 Sentyabr 2026
80
19:45 / 04 Sentyabr 2026
66
19:40 / 04 Sentyabr 2026
68
19:35 / 04 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.