90-cı illərdə minaya düşənlər hadisə yerinə aparılacaq
06 İyul 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
76
06.07.2026, 15:25
Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov 2 min manat cərimə olunub, maliyyəçi-mühasib Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub, auditor Fəridə Novruzovaya isə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.
Oxu24.com xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı hər üç təqsirləndirilən şəxsin 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan bank kart hesabı açılıb və həmin karta pul köçürülüb. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Auditorlar Palatası tanınıb.
17:28 / 06 İyul 2026
3
17:20 / 06 İyul 2026
8
17:13 / 06 İyul 2026
17
17:08 / 06 İyul 2026
36
17:08 / 06 İyul 2026
31
16:56 / 06 İyul 2026
49
16:54 / 06 İyul 2026
65
16:46 / 06 İyul 2026
54
16:27 / 06 İyul 2026
244
16:21 / 06 İyul 2026
348
16:19 / 06 İyul 2026
67
16:08 / 06 İyul 2026
73
16:02 / 06 İyul 2026
60
15:56 / 06 İyul 2026
68
15:53 / 06 İyul 2026
70
15:34 / 06 İyul 2026
82
15:31 / 06 İyul 2026
77
15:22 / 06 İyul 2026
79
15:19 / 06 İyul 2026
70
15:15 / 06 İyul 2026
74
15:11 / 06 İyul 2026
70
15:00 / 06 İyul 2026
76
14:48 / 06 İyul 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.