3,4 milyard manat ayrılacaq — Əli Əsədov AÇIQLADI
24 Sentyabr 2026, 15:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1042
05.07.2026, 23:38
Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib.
Oxu24.com "Report"a istinadən xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.
Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqaz Neolit dövrünün indiyədək məlum olan ən maraqlı cilalanmış daş məmulatlarından biridir. Mövcud elmi nəşrlərə əsasən, bu tapıntının morfoloji baxımdan regionda birbaşa analoqu hələlik qeydə alınmayıb. Bu səbəbdən daş kürə həm hazırlanma texnologiyası, həm də funksional təyinatı baxımından xüsusi elmi əhəmiyyət daşıyır və Levant-Anadolu-Cənubi Qafqaz əlaqələrinin öyrənilməsi üçün yeni məlumat mənbəyi hesab olunur.
Alimin sözlərinə görə, tapıntının ən diqqətçəkən xüsusiyyəti onun üzərində heç bir deşik və ya zərbə izinin olmamasıdır. Daş kürənin hansı məqsədlə istifadə edildiyini hələlik dəqiq müəyyənləşdirmək mümkün deyil. Ehtimal edilir ki, o, ritual xarakteri daşıyıb və ya çəki ölçüsü kimi istifadə olunub. Bunun dəqiqləşdirilməsi üçün əlavə tədqiqatlar aparılacaq və müvafiq mütəxəssislər cəlb ediləcək.
Tapıntının çəkisi 1 kiloqram 870 qram, diametri isə təxminən 10 santimetrdir.
Vəfa Mahmudova bildirib ki, Paşatəpə abidəsində qazıntı sahəsi də genişləndirilib və tədqiqatlar 45-50 santimetr dərinlikdə davam etdirilib. Yeni qazıntı sahəsində qiymətli arxeoloji materiallar aşkarlanıb. İlkin araşdırmalar zamanı orta əsrlərə aid olduğu ehtimal edilən drenaj sistemi - su xəttlərində istifadə olunan küp borular qeydə alınıb. Onların dəqiq dövrü sonrakı elmi tədqiqatlarla müəyyən ediləcək.
Bununla yanaşı, Əliköməktəpə abidəsində də baxış keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları ilə birlikdə abidənin əvvəlki koordinatları müəyyənləşdirilib. Arxiv materialları əsasında aparılan araşdırmalar nəticəsində abidənin əsl mühafizə zonası dəqiqləşdirilib və hazırda zəbt olunmuş ərazinin sərhədləri üzə çıxarılıb.
Hazırda arxeoloji qazıntı və tədqiqat işləri davam etdirilir.


15:39 / 24 Sentyabr 2026
1
15:31 / 24 Sentyabr 2026
21
15:27 / 24 Sentyabr 2026
29
15:21 / 24 Sentyabr 2026
62
15:20 / 24 Sentyabr 2026
29
15:11 / 24 Sentyabr 2026
38
15:07 / 24 Sentyabr 2026
46
15:05 / 24 Sentyabr 2026
39
15:05 / 24 Sentyabr 2026
40
15:00 / 24 Sentyabr 2026
36
14:50 / 24 Sentyabr 2026
231
14:40 / 24 Sentyabr 2026
45
14:30 / 24 Sentyabr 2026
49
14:30 / 24 Sentyabr 2026
45
14:17 / 24 Sentyabr 2026
245
14:09 / 24 Sentyabr 2026
58
14:06 / 24 Sentyabr 2026
61
13:51 / 24 Sentyabr 2026
75
13:50 / 24 Sentyabr 2026
55
13:42 / 24 Sentyabr 2026
66
13:23 / 24 Sentyabr 2026
291
13:15 / 24 Sentyabr 2026
595
13:10 / 24 Sentyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.