Nazirin yeni rütbədə İLK FOTOSU
12 İyul 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
435
22.06.2026, 20:24
Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı ildə açıqladığı son statistik hesabat sadəcə quru imtahan nəticələrinin təhlili deyil, əslində Azərbaycan təhsil sisteminin mövcud mənzərəsini, uzun illərdir aparılan islahatların və eksperimentlərin gətirdiyi nəticələri əks etdirən rəsmi sənəddir. Rəsmi rəqəmlər göstərir ki, orta statistik abituriyentin təlim nəticələri dövlət proqramının mənimsənilməsi səviyyəsinin aşağı olduğunu nümayiş etdirir.
Elm və Təhsil Nazirliyinin hər il büdcədən böyük vəsaitlər ayırmasına və rəsmi hesabatlarda uğurlu göstəricilərin qeyd olunmasına baxmayaraq, dövlətin rəsmi imtahan tərəzisi olan DİM-in statistikası real vəziyyəti və təlim keyfiyyətinin aşağı düşməsini açıq şəkildə göstərir.
Hesabata əsasən, orta statistik abituriyentin həm dəqiq, həm də humanitar fənlər üzrə testləri düzgün cavablandırma faizi olduqca aşağıdır:
Orta Statistik Düzgün Cavab:
1.Riyaziyyat- 29% – 34%
2.Fizika- 34% – 36%
3.Kimya- 30% – 32%
4.İnformatika- 34% – 38%
5.Tarix- 24% – 29%
6.Coğrafiya- 23% – 26%
Bu rəqəmlər o deməkdir ki, bu gün məktəbi bitirən və ali məktəbə iddia edən gənclərimiz dövlət proqramının yarıdan çoxunu, bəzi fənlərdə isə dörddə üçünü ümumiyyətlə mənimsəyə bilməyiblər. Müqayisə üçün sovet dövründə ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək üçün namizədlərdən ən azı 60 faizlik bir bilik və nəticə tələb olunduğunu xatırlasaq, bu gün tətbiq edilən sistemin intellektual səviyyəni necə aşağı saldığını görmək olar.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran təhsil eksperti Şəmsi Qoca sistemdəki struktur problemlərini, dərslik siyasətini və idarəetmə xətalarını ətraflı təhlil edib.
DİM-in rəsmi hesabatındakı bu göstəriciləri nəzərə alsaq, Azərbaycan təhsil sistemində hansı əsas fundamental problemlər var?
Ekspert bildiri ki, bu göstəricilərin arxasında dayanan ən fundamental problem təhsilin əsası sayılan dərsliklərin və proqramların milli təfəkkürdən və uşaq psixologiyasından uzaq olmasıdır. “Hazırlanan bəzi dərsliklər elmi və metodiki səhvlərlə doludur, tapşırıqlar isə məntiqsiz və qarmaqarışıqdır ki, bu da şagirdlərin oxumaq həvəsini azaldır. Təhsil İnstitutunun rəhbərliyi şagirdlərin passivliyindən şikayətlənsə də, bu geriliyin əsas səbəbkarları özləridir.
Üstəlik, müəllimlərin sertifikasiya imtahanlarında tətbiq edilən 18 xarici nəzəriyyə və taksonomiya tələbləri müəllimi sərbəst öyrətməkdən məhrum edir, müəllimə yaradıcılıq azadlığı vermək əvəzinə, onu qəlibə salır. Müəllim bu quru xarici nəzəriyyələrin içində öz fitri pedaqoji üsulunu yadırğayır. Resursu, laboratoriyası, normal şəraiti olmayan məktəblərdə müəllimdən bu reallıqdan uzaq nəzəriyyələri tələb edənlər, şagirdi repetitorların ümidinə buraxanlar DİM-in bu rəqəmlərinin əsl məsuliyyət daşıyıcılarıdır”.
Bəs məktəblərin daxili idarəçiliyində və kadr siyasətində hansı çatışmazlıqlar müşahidə olunur?
Şəmsi Qoca Bakı və regional məktəblərdə tətbiq edilən idarəçilik sistemindən bəhs edərək qeyd edir ki, bir direktora iki fərqli məktəbin tapşırılması kimi absurd qərarlar və vakant qalan direktor müavinlikləri səbəbindən mövcud kadrların iş saatlarının həddindən artıq olması idarəetməni tamamilə iflic edib. Rəqəmsallaşma şüarı altında gətirilən, qiymətləri öz-özünə silib sıfırlayan bərbad elektron jurnallar müəllimi şagird yetiştirməkdən ayırıb, sistemin əsirinə çevirib. Məktəblərdə baş alıb gedən bullinq və zorakılıq halları mənəvi mühitin çürüdüyünü göstərir:
“Məktəb daxilində ədaləti, hüququ ayaqlar altına atan bir sistemdən yüksək təhsil nəticəsi gözləmək xəyaldır”.
Bəs bu vəziyyətdən çıxış üçün hansı islahatların aparılması daha vacib hesab olunur?
Ekspertin sözlərinə görə, bu acınacaqlı vəziyyətdən çıxış üçün kosmetik dəyişikliklərə və ya şou xarakterli tədbirlərə deyil, köklü və dürüst milli təhsil islahatlarına ehtiyac var. İlk növbədə, atılmalı olan əsas addımlar bunlardır:
“Dərslik yaradıcılığı və kurikulum sistemi kommersiya maraqlarından təmizlənməli, dərsliklər milli intellektual genofondumuza və uşaqlarımızın yaş xüsusiyyətlərinə uyğun olaraq yenidən yazılmalıdır.
ARTİ layihə idarəsi olmaqdan çıxarılıb real elmi mərkəzə çevrilməli və kadr islahatlarında qeyri-peşəkarlığa son qoyulmalıdır. Müəllimi tətbiqi qeyri-mümkün olan nəzəriyyələrlə qəlibə salan sertifikasiya şərtləri dəyişdirilməli, müəllimə azad və yaradıcı öyrətmə mühiti bəxş edilməlidir.
“İki məktəbə bir direktor" təyinatı kimi absurd idarəçilik modellərinə son qoyulmalı, vakant yerlər savadlı pedaqoqlarla doldurularaq müavinlərin amansız istismarı dayandırılmalıdır.
Təhsildə islahat yuxarıdan aşağıya doğru əmrlərlə və ya rəqəmsal xaosla deyil, içəridən — müəllimə mənəvi dəyər verməklə, kadr seçimində ədaləti qorumaqla və təhsil sistemini qeyri-peşəkarlardan təmizləməklə başlamalıdır. Əgər bu köklü dəyişikliklər dərhal edilməsə, DİM-in rəsmi hesabatlarında qeyd olunan o faizlər gələn illərdə ölkəni tamamilə intellektual qaranlığa qərq edəcəkdir”.
Çimnaz Telmanqızı
22:48 / 12 İyul 2026
34
22:29 / 12 İyul 2026
53
21:54 / 12 İyul 2026
50
20:56 / 12 İyul 2026
83
19:59 / 12 İyul 2026
75
19:59 / 12 İyul 2026
76
19:49 / 12 İyul 2026
130
19:29 / 12 İyul 2026
114
14:21 / 12 İyul 2026
215
13:36 / 12 İyul 2026
1343
13:31 / 12 İyul 2026
119
13:28 / 12 İyul 2026
89
13:27 / 12 İyul 2026
84
13:25 / 12 İyul 2026
87
13:12 / 12 İyul 2026
703
13:02 / 12 İyul 2026
656
00:51 / 12 İyul 2026
223
00:26 / 12 İyul 2026
394
22:18 / 11 İyul 2026
119
22:14 / 11 İyul 2026
253
21:52 / 11 İyul 2026
206
21:33 / 11 İyul 2026
199
20:35 / 11 İyul 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.