Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
535
13.05.2026, 15:51
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.
Oxu24.com xəbər verir ki, tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Mərkəz 14–16 may tarixlərində saat 09:00–18:00, 17–21 may tarixlərində saat 07:00–18:00, 22 may tarixində isə saat 07:00–15:00 aralığında fəaliyyət göstərəcək.
WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar 14–22 may 2026-cı il tarixləri ərzində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib akkreditasiya kartlarını əldə edə biləcəklər.
Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.
Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.
Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) - https://events.unhabitat.org - vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix 15 may saat 18:00-dır.
21:14 / 11 Noyabr 2026
1
21:08 / 11 Noyabr 2026
73
21:05 / 11 Noyabr 2026
31
20:58 / 11 Noyabr 2026
64
20:49 / 11 Noyabr 2026
329
20:47 / 11 Noyabr 2026
59
20:28 / 11 Noyabr 2026
71
20:22 / 11 Noyabr 2026
97
20:19 / 11 Noyabr 2026
75
20:08 / 11 Noyabr 2026
82
19:57 / 11 Noyabr 2026
396
19:49 / 11 Noyabr 2026
109
19:43 / 11 Noyabr 2026
96
19:33 / 11 Noyabr 2026
115
19:19 / 11 Noyabr 2026
164
19:07 / 11 Noyabr 2026
108
18:42 / 11 Noyabr 2026
461
18:39 / 11 Noyabr 2026
233
18:35 / 11 Noyabr 2026
182
18:30 / 11 Noyabr 2026
218
18:29 / 11 Noyabr 2026
245
18:23 / 11 Noyabr 2026
147
18:17 / 11 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.