Qaynar xətt:

(+99450) 247 90 86

Prezident xanımı ilə Liderlər Sammitində - Video 

Prezident xanımı ilə Liderlər Sammitində - Video 

SİYASƏT

65

11.11.2026, 17:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.

Oxu24.com  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

***

Əvvəlcə “Anadolu atəşi” ansamblının ifasında müxtəlif rəqslər təqdim olunub.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Baş naziri Abiy Əhməd Əli, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Türkiyə Prezidenti çıxışında əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkürünü bildirib.