Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
68
11.11.2026, 18:23
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
Oxu24.com xəbər verir ki,barədə MKA-dan məlumat verilib.
Məlumata görə, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri "ASAN Pay" elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.
Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimənin ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatların təqdim edilməsi nəticəsində vətəndaşların bank hesablarındakı vəsaitlər mənimsənilə bilər.
Agentlik vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır:
- Dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən (məsələn, müxtəlif ölkə kodları olan beynəlxalq nömrələrdən) göndərmir.
- SMS və mesencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmayın.
- Məlumat daxil etməzdən əvvəl veb-səhifənin domen adının rəsmi mənbəyə aid olduğunu yoxlayın.
- Şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.
- Cərimə və yol hərəkəti qayda pozuntuları barədə məlumatları yalnız rəsmi dövlət resursları və "ASAN Pay" xidmətinin rəsmi kanalları (asanpay.az) vasitəsilə yoxlayın.
- Bank kartı məlumatlarınızı saxta səhifədə daxil etdiyiniz halda dərhal bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.
18:39 / 11 Noyabr 2026
3
18:35 / 11 Noyabr 2026
28
18:30 / 11 Noyabr 2026
76
18:29 / 11 Noyabr 2026
70
18:17 / 11 Noyabr 2026
116
18:13 / 11 Noyabr 2026
92
18:06 / 11 Noyabr 2026
426
18:01 / 11 Noyabr 2026
73
17:42 / 11 Noyabr 2026
203
17:40 / 11 Noyabr 2026
150
17:35 / 11 Noyabr 2026
221
17:16 / 11 Noyabr 2026
95
17:13 / 11 Noyabr 2026
191
17:12 / 11 Noyabr 2026
98
16:35 / 11 Noyabr 2026
110
16:07 / 11 Noyabr 2026
160
16:04 / 11 Noyabr 2026
359
16:01 / 11 Noyabr 2026
125
16:00 / 11 Noyabr 2026
104
15:50 / 11 Noyabr 2026
121
15:50 / 11 Noyabr 2026
130
15:40 / 11 Noyabr 2026
112
15:31 / 11 Noyabr 2026
1189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.