Qaynar xətt:

(+99450) 247 90 86

Pakistanda polislərə hücum edilib, 11 nəfər ölüb

Pakistanda polislərə hücum edilib, 11 nəfər ölüb

DÜNYA

33

11.11.2026, 17:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pakistanın şimal-qərbində, Xeybər-Paxtunxva vilayətində polis əməkdaşlarına hücum edilib.

“Reuters“in xəbərinə görə, hücum nəticəsində 11 polis ölüb, daha 12 nəfər isə xəsarət alıb.

Eyni zamanda, beş polis avtomobili yandırılıb.

Məlumata görə, hadisə qanunsuz qızıl çıxaranlara qarşı reyd keçirən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.