Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
521
13.05.2026, 10:49
10–11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri uğurla başa çatıb.
Bu barədə Oxu24.com-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, təlimlərdə ümumilikdə 2100-dən çox könüllü iştirak edib.
Sözügedən təlimlər zamanı könüllülər tədbir məkanı, əməliyyat prosesləri, təhlükəsizlik prosedurları, departamentlər üzrə fəaliyyət istiqamətləri, eləcə də tədbir günlərində tətbiq olunacaq əsas qayda və təlimatlarla tanış olublar.
WUF13 Könüllülük Proqramı gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncənin təşviqi və beynəlxalq təcrübə imkanlarının artırılması baxımından mühüm təşəbbüslərdən biridir.
Proqramda iştirak üçün müraciət etmiş 16 min namizəd arasından çoxmərhələli seçim prosesini uğurla tamamlayan könüllülər tədbir müddətində qonaqların qarşılanması və qeydiyyat prosesinə dəstək, informasiya xidmətlərinin təşkili, sessiya və sərgi məkanlarında təşkilati koordinasiya, eləcə də mədəni proqramların icrası kimi müxtəlif istiqamətlərdə fəaliyyət göstərəcəklər.
Hazırda könüllülərin bir qismi artıq aidiyyəti fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasına dəstək göstərməyə başlayıblar.
Xatırladaq ki, 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək və şəhərlərin gələcəyinə dair strateji müzakirələrə ev sahibliyi edəcək.
21:14 / 11 Noyabr 2026
91
21:08 / 11 Noyabr 2026
150
21:05 / 11 Noyabr 2026
64
20:58 / 11 Noyabr 2026
80
20:49 / 11 Noyabr 2026
400
20:47 / 11 Noyabr 2026
70
20:28 / 11 Noyabr 2026
84
20:22 / 11 Noyabr 2026
107
20:19 / 11 Noyabr 2026
84
20:08 / 11 Noyabr 2026
89
19:57 / 11 Noyabr 2026
433
19:49 / 11 Noyabr 2026
118
19:43 / 11 Noyabr 2026
102
19:33 / 11 Noyabr 2026
127
19:19 / 11 Noyabr 2026
171
19:07 / 11 Noyabr 2026
114
18:42 / 11 Noyabr 2026
473
18:39 / 11 Noyabr 2026
242
18:35 / 11 Noyabr 2026
187
18:30 / 11 Noyabr 2026
225
18:29 / 11 Noyabr 2026
260
18:23 / 11 Noyabr 2026
151
18:17 / 11 Noyabr 2026
241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.