Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
515
09.06.2026, 22:06
Müasir dövrdə bir çox insan unutqanlıq və yaddaş zəifliyindən şikayətlənir. Lakin bu problemin adi bir yorğunluqdan, yoxsa bədəndəki ciddi vitamin çatışmazlığından qaynaqlandığını ayırd etmək hər zaman asan olmur.
Oxu24.com xəbər verir ki, nevroloq Dr. Ruhiyyə İbrahimli yaddaş pozğunluğu ilə B12 vitamini əskikliyi arasındakı fundamental fərqlərə toxunub və vətəndaşları diqqətli olmağa çağırıb.
Adi yaddaş pozğunluğu necə özünü büruzə verir?
Həkimin sözlərinə görə, adi yaddaş pozğunluğu əsasən stress, gərginlik və yaş faktorları ilə bağlı yaranır:
“Bu zaman unutqanlıq birdən-birə deyil, yavaş-yavaş artır. Bu problem özünü daha çox diqqətsizlik fonunda göstərir. Məsələn, pasiyent əşyanı hara qoyduğunu unudur və bu kimi suallar onu tez-tez narahat etməyə başlayır. Lakin ilkin mərhələdə bu növ yaddaş pozğunluğu insanın gündəlik həyatına kəskin mənfi təsir göstərmir və ən əsası, prosesə hər hansı nevroloji simptomlar qoşulmur”.
B12 vitamini çatışmazlığı hansı təhlükələri yaradır?
Nevroloq vurğulayıb ki, orqanizmdə B12 vitamini əskik olduqda vəziyyət daha ciddi xarakter alır. Çünki bu zaman yaddaş zəifliyi ilə bərabər bədəndə digər nevroloji əlamətlər də baş qaldırır:
•Yaddaşın kəskin zəifləməsi;
•Düşünmənin ləngiməsi;
•Tez yorulma və daimi halsızlıq;
•Əllərdə və ayaqlarda keymələr, iynəbatma hissi;
•Bəzi hallarda isə pasiyenti narahat edən depressiv vəziyyət.
Mütəxəssis sonda qeyd edib ki, əgər şəxsdə sadalanan nevroloji əlamətlər (keymə, daimi yorğunluq, depressiya) yaddaş zəifliyi ilə eyni anda müşahidə olunursa, vaxt itirmədən həkim-nevroloqa müraciət etmək və lazımi müayinələrdən keçərək müalicə almaq mütləqdir.
Nigar
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.