Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan onlarla görüşdü

Ərdoğan onlarla görüşdü

DÜNYA

36

10.11.2026, 19:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində bir neçə görüş keçirib.

Oxu24.com xəbər verir  ki,Prezident Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Antalyada Səudiyyə Ərəbistanının Enerji naziri Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.

Görüş zamanı iki ölkə arasında müqaviləni Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.

Görüşdə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, xarici işlər naziri Hakan Fidan, Prezident Aparatının rəhbəri Həsən Doğan, Prezident kommunikasiyasının rəhbəri Burhanəddin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və AK Partiyanın sədr müavini və sözçüsü Ömər Çelik də iştirak edib.

Jalə