Qaynar xətt:

(+99450) 247 90 86

Təmirə bağlanan xəstəxana ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR

Təmirə bağlanan xəstəxana ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR

TİBB

96

10.11.2026, 22:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda böyük xəstəxanalardan biri təmirə bağlanır.

Oxu24.com  xəbər verir ki, söhbət Nizami rayyonunda yerləşən, uzun müddətdir fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan gedir. Xəstəxana uzun müddətdir istismar olunduğundan bir neçə şöbə və laboratoriyanın yerləşdiyi binanın əsaslı təmirinə ehtiyac yarandığı bildirilir.

Məlumata görə, İnstitutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur. Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüb. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.

Xəstəxanada aparılacaq təmir işləri ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlasaq da qurumdan bu məsələ ilə bağlı veriləcək hər hansı bir cavabın olmadığı bildirildi.

Xezerxeber.az -ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim ediik: