Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın büdcə kəsiri təxminən 33 faiz artıb

Rusiyanın büdcə kəsiri təxminən 33 faiz artıb

DÜNYA

46

10.11.2026, 22:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Maliyyə Nazirliyi yanvar-oktyabr dövrü üçün ilkin büdcə məlumatlarını açıqlayıb.

Oxu24.com xəbər verir  ki,məlumatlara görə, büdcə kəsiri təxminən 1,29 trilyon rubl artaraq ötən ilin eyni dövründəki 3,94 trilyon rubldan 5,23 trilyon rubla çatıb. Bu, büdcə kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətini 1,8%-dən 2,3%-ə qaldırıb.

Büdcə gəlirləri ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 33,18 trilyon rubla, xərclər isə 13,4% artaraq 38,41 trilyon rubla çatıb.

Bu dövrdə neft və təbii qaz gəlirləri 14,1% azalaraq 6,44 trilyon rubla, qeyri-neft və təbii qaz gəlirləri isə 19,1% artaraq 26,73 trilyon rubla çatıb.

Bəyanatda prioritet sahələrə xərclərin artması və neft və təbii qaz gəlirlərinin azalması səbəbindən büdcənin struktur balans hədəflərindən bir qədər kənara çıxdığı qeyd edilib.

Rusiyada son illərdə büdcə xərcləri, xüsusən də müdafiə sənayesinə xərclər hesabına xeyli artıb.

Jalə