Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan yeməkləri verən restoran 265 milyona satışa qoyuldu  

Azərbaycan yeməkləri verən restoran 265 milyona satışa qoyuldu  

DÜNYA

50

10.11.2026, 18:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Kurqan şəhərində yerləşən “Versal” restoran-hotel kompleksi satışa çıxarılıb.

Oxu24.com  xəbər verir ki, obyektin sahibi hazır biznesi 265 milyon rubla (təxminən 5 milyon 596 min 270 manat) satmaq istəyir.

Məlumata görə, kompleks Kurqan şəhərinin Qoqol küçəsi, 98a ünvanında yerləşir. Dördmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdir.

2019-cu ildən fəaliyyət göstərən kompleksə 30 hotel nömrəsi, restoran və qapalı avtomobil dayanacağı daxildir.

Restoranda Avropa və Azərbaycan mətbəxinin müxtəlif təamları təqdim olunur.